• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Tiflis-Qars üzrə ilk qatarın xəttə çıxma vaxtı açıqlandı

Bakı-Tiflis-Qars üzrə ilk qatarın xəttə çıxma vaxtı açıqlandı
05.12.2013 17:48
Hazırda Azərbaycanın nəqliyyat sektoruna investisiya qoyuluşları üçün münbit şərait yaradılıb.Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov İstanbulda keçirilən III Xəzər Forumunda çıxışı zamanı deyib.O, qeyd edib ki, son beş il ərzində ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil edib:“Beynəlxalq tranzit üçün əlverişli mövqeyə malik olan Azərbaycanda nəqliyyat sektoru xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Qafqazdan keçən bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Ticarət Limanın inkişafını qeyd etmək istərdim”.Nazir bildirib ki, regionda həyata keçirilən qlobal enerji layihələri ilə yanaşı Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığının məntiqi davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası sürətlə davam etdirilir:“2014-cü ilin sonunda ilk sınaq qatarının buraxılması nəzərdə tutulub. Bu Avropa ilə Asiyanı birləşdirən yeni birbaşa dəmir yolu bağlantısının yaranmasını təmin edəcək”.Z.Məmmədovun sözlərinə görə, dəmir yolu nəqliyyatında infrastrukturun  tam yeniləşməsi, yeni lokomotiv və vaqonların alınması üzrə işlər  aparılır ki, bu da öz növbəsində qatarların sürətinin artmasına, gələcəkdə sürət qatarlarının tətbiqinə imkan verəcək, daşımaların tez və təhlükəsiz həyata keçirilməsini təmin edəcək:“Avtomobil yolları infrastrukturunun inkişafı, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı iri miqyaslı layihələrin icrası həyata keçirilir. Magistral avtomobil yollarında aparılan yenidənqurma işləri yerli daşımalarla bərabər beynəlxalq avtomobil daşımalarının da asanlaşdırılmasına və yol hərəkəti təhlükəsizliyinin qorunmasına şərait yaradacaq”.Nazir bildirib  ki, Xəzərdə dəniz daşımalarının tezləşdirilməsi və həcminin artırılması üçün yeni bərələr və tankerlər alınaraq istifadəyə verilib. Məqsəd yüklərin Azərbaycan üzərindən tranzit keçidi üçün vaxt və məsafə baxımında daha əlverişli şəraitin yaradılmasıdır:  “İpək yolunun mərkəzində yerləşən ölkələrdən biri kimi Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verir. Bu layihələr İpək yolunun canlanmasına, Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil, bərə, dəmir yolu bağlantılarının yaradılmasına yönəldilib”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol