• $
  • €
  • ₽
  • ₺
  • £

Wyman: Məlumat mərkəzlərinin sürətli inkişafı enerji bazarında yeni investisiya dalğası yaradacaq

Wyman: Məlumat mərkəzlərinin sürətli inkişafı enerji bazarında yeni investisiya dalğası yaradacaq
02.06.2026 17:26

Süni intellekt və məlumat mərkəzlərinin sürətli inkişafı qlobal enerji tələbatını əhəmiyyətli dərəcədə artıracaq və yeni investisiya imkanları yaradacaq. Bunu Bakı Enerji Forumunda Konsaltinq şirkəti oliverwyman.com⁠-ın tərəfdaşı və Neft-Qaz sektoru üzrə qlobal rəhbəri Nadim Haddad bildirib.

Onun sözlərinə görə, 2030-cu ildən sonrakı dövrdə məlumat mərkəzlərinin enerji istehlakı ən mühafizəkar proqnozlara əsasən belə 2,5 dəfə artacaq, bəzi hesablamalara görə isə bu göstərici 4-5 dəfəyə çata bilər.

"Məlumat mərkəzlərinin artımı enerji sektoruna böyük təsir göstərəcək. Artıq iki və ya üç iri məlumat mərkəzi bu gün böyük şəhərlərin istehlak etdiyi qədər enerji tələb edə bilər", – Haddad qeyd edib.

O bildirib ki, enerji təchizatının etibarlılığı və sürəti məlumat mərkəzlərinin inkişafı üçün əsas şərtlərdən biridir. Bu baxımdan təbii qaz yaxın perspektivdə mühüm rol oynamaqda davam edəcək.

"Nəzərə alsaq ki, məlumat mərkəzləri fasiləsiz enerji təchizatı tələb edir, qaz hazırda onların enerji təminatı üçün ən sürətli və ən təmiz həllərdən biri olaraq qalır", –  o vurğulayıb.

Nadim Haddadın sözlərinə görə, enerji keçidinin maliyyələşdirilməsi üçün yüz milyardlarla dollarlıq investisiyalara ehtiyac var və bu investisiyalar həm ənənəvi enerji mənbələrinə, həm də bərpa olunan enerji layihələrinə yönələcək.
O, nüvə enerjisinin də yenidən diqqət mərkəzinə gəldiyini bildirib. Haddad qeyd edib ki, son illərdə xüsusilə kiçik modul reaktorlara (SMR) maraq əhəmiyyətli dərəcədə artıb.

"Bir neçə il əvvəl SMR texnologiyası kommersiya baxımından geniş tətbiq oluna bilən həll kimi qiymətləndirilmirdi. Lakin bu gün həm enerji şirkətləri, həm də texnologiya nəhəngləri məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün bu texnologiyanı fəal şəkildə araşdırırlar", –  o bildirib.

Oliver Wyman rəsmisinin fikrincə, süni intellektin sürətli inkişafı, məlumat mərkəzlərinin genişlənməsi və nüvə enerjisi də daxil olmaqla yeni texnologiyalara investisiyaların artması enerji sektorunun gələcək inkişaf trayektoriyasını müəyyən edəcək.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol