• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqarıstan SOCAR-ın CNG modelini Qarabağ üçün uyğun sayır

Bolqarıstan SOCAR-ın CNG modelini Qarabağ üçün uyğun sayır
04.06.2026 17:29

SOCAR və Bolqarıstanın M-Gaz şirkətinin 2024-cü ildən həyata keçirdiyi sıxılmış təbii qaz (CNG) təchizatı modeli Azərbaycanın çətin relyefli və azad edilmiş ərazilərində qazlaşdırma üçün istifadə oluna bilər.

Bunu Bolqarıstanın energetika nazirinin müavini Kiril Temelkov bildirib.

Onun sözlərinə görə, SOCAR və M-Gaz hazırda qaz kəmərinin çəkilməsinin iqtisadi və texniki baxımdan çətin olduğu yaşayış məntəqələrini CNG ilə təmin edir.

“Bu model Azərbaycanın azad edilmiş ərazilərində, xüsusilə dağlıq rayonlarda da tətbiq oluna bilər. Belə ərazilərdə qaz kəmərlərinin çəkilməsi mürəkkəb və bahalı prosesdir”, – Temelkov deyib.

Nazir müavininin sözlərinə görə, hazırda CNG təchizatı Bolqarıstan ərazisinin 10%-dən çoxunu əhatə edir. Ötən ildən sıxılmış qazın Şimali Makedoniyaya ixracına başlanılıb, yaxın vaxtlarda isə Azərbaycan qazından istehsal olunan CNG-nin Albaniyaya da tədarükü nəzərdə tutulur.

Temelkov bildirib ki, Bolqarıstan Azərbaycan qazının idxalını artırmaqda maraqlıdır. Hazırda Azərbaycan qazı ölkənin təbii qaza olan tələbatının təxminən 60%-ni qarşılayır.

Onun sözlərinə görə, Bolqarıstan 2024-cü ildə Azərbaycandan 1,896 milyard kubmetr, 2025-ci ildə isə 1,931 milyard kubmetr qaz alıb.

Azərbaycan qazı Bolqarıstana Cənub Qaz Dəhlizi və onunla əlaqəli Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB), eləcə də Türkiyə-Bolqarıstan sərhədində yerləşən “Malkoçlar/Strandja” qaz kompressor stansiyası vasitəsilə nəql olunur.

Nazir müavini qeyd edib ki, 2026-cı ildə “Malkoçlar/Strandja” stansiyasının ötürücülük qabiliyyətinin artırılması məsələsinə aydınlıq gətiriləcək.

“Əgər keçiriləcək market-test əlavə güclərə tələbat olduğunu təsdiqləsə, layihənin maliyyələşdirilməsi üçün resursların cəlb edilməsinə başlanacaq”, – Temelkov əlavə edib.

 

N.Tebrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol