• $
  • €
  • ₽
  • ₺
  • £

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
10.06.2026 11:59

 

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə TəhsilPlus kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib.

Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.

Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə çıxışında bildirib ki, müəllimlərə verilən dəyərin onların gündəlik həyatlarında da hiss olunması vacibdir: "Biz təhsil haqqında danışanda əslində gələcək haqqında danışırıq. Güclü təhsilin və uğurlu gələcəyin mərkəzində müəllimlər dayanır. Ona görə də hesab edirik ki, müəllimlərə verilən dəyər onların gündəlik həyatlarında da hiss olunmalıdır. TələbəPlus layihəsində əldə etdiyimiz təcrübə göstərdi ki, təhsil sahəsinə yönəlmiş həllər insanların gündəlik həyatında real fayda yarada bilir. TəhsilPlus da həmin yanaşmanın davamıdır".

Tədbir zamanı iştirakçılara TəhsilPlus kartının təqdim etdiyi imkanlar, tərəfdaş şəbəkələrində mövcud olan güzəştlər və üstünlüklər barədə ətraflı məlumat verilib. Eyni zamanda bir qrup təhsil işçisinə TəhsilPlus kartları təqdim olunub.

Tədbirdə bildirilib ki, TəhsilPlus kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırır. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur.

Qeyd edək ki, TəhsilPlus layihəsi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaq məqsədi daşıyır.

Çıxışçılar tərəfindən qeyd olunub ki, TəhsilPlus kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırmağı hədəfləyir. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur. Layihənin məqsədi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaqdır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol