Yasamal rayonunda obyektdə yanğın baş verib

Bakının Yasamal rayonunda yerləşən obyektdə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























