• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai nəqliyyatda gedişhaqqının artırılması məsələsinə RƏSMİ AYDINLIQ

İctimai nəqliyyatda gedişhaqqının artırılması məsələsinə RƏSMİ AYDINLIQ
03.12.2013 11:56
Yaxın vaxtlarda Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqının artırılması gözlənilmir.Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov yanacağın qiymətlərinin bahalaşmasının ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinə təsiri barədə suala cavabında Trend-ə bildirib.Onun sözlərinə görə, nazirlik Tarif (qiymət) Şurasına ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artırılması ilə bağlı müraciət etməyib.Avtobus sürücülərinin yanacağın qiymətlərinin bahalaşması ilə əlaqədar yarana biləcək mümkün narazılığı barədə danışarkən Həsənov qeyd edib ki, avtobus sürücülərinin işə götürülməsi ilə marşrutların operatorları məşğul olduğundan bu məsələni onlar özləri nizamlaya bilərlər: "Hələlik yanacağın tariflərinin dəyişməsindən sonra marşrut operatorlarının nazirliyə müraciətləri daxil olmayıb. Lakin deyə bilərəm ki, ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artımı gözlənilmir".Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə 3 dekabr 2013-cü il tarixindən Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol