• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyədə tikilən neft emalı zavoduna 1.9 milyard dollar ayırır

Azərbaycan Türkiyədə tikilən neft emalı zavoduna 1.9 milyard dollar ayırır
29.11.2013 11:14

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki törəmə qurumu olan «SOCAR-Turkey» şirkətinə 475 mln. ABŞ dolları həcmində əlavə vəsait transfer edəcək.

"APA-Economics"in «Cihan» informasiya agentliyin istinadən verdiyi məlumata görə, bu vəsait Türkiyədə «Star» neft emalı zavodunun tikintisinin davam etdirilməsinə sərf olunacaq.

 «SOCAR-Turkey»in rəhbəri Kənan Yavuz bildirib ki, «Star» neft emalı zavodunun tikintisinə indiyə qədər təxminən 350 mln. dollar xərclənib: «Zavodun tikintisində növbəti aylarda əlavə xərclər üçün tələb olunan 475 mln. dollar Azərbaycandan transfer ediləcək». K.Yavuz qeyd edib ki, bu transfer indiyə qədər Türkiyəyə bir dəfəyə daxil olan ən böyük birbaşa xarici sərmayə olacaq: «Neft emalı zavodunun inşası layihəsinin ümumi dəyəri 5,5 mlrd. dollar təşkil edir. Bunun 1,9 mlrd. dolları SOCAR-ın öz vəsaitləri hesabına, qalanı isə xarici kreditlər hesabına maliyyələşdiriləcək». Qeyd edək ki, «Star» zavodunun tikintisinə 2011-ci ilin oktyabrında başlanılıb və müəssisənin 2017-ci ildə istehsala başlayacağı gözlənilir. Zavodun ilkin mərhələdə ildə 10 mln. ton xam neft emal edəcəyi proqnozlaşdırılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol