• $
  • €
  • ₽
  • ₺
  • £

4 min dollarlıq smartfon

4 min dollarlıq smartfon
28.11.2013 21:03
İnteryer elementləri, geyim, eynək və başqa bahalı aksesuarların yaradılması ilə məşğul olan İtaliyanın “Tonino Lamborghini” şirkəti “Antares” bahalı smartfonunu təqdim edib. Qurğunun korpusu dəridən və paslanmayan poladdan işlənib hazırlanıb, onun ekranı isə zərbəyə davamlı “Gorilla Glass” şüşəsi ilə təchiz edilib. Aparatın satışlarına  dekabrda start veriləcək və onun qiyməti 4 min dollardan başlanılacaq.“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Antares” smartfonu məhdud sayda buraxılacaq. "Smartfon nəfis italyan dizaynı, quraşdırılma keyfiyyəti və məhsuldarlığı ilə seçilir" – brendin sahibi Tonino Lamborqini deyib.Lakin dəbdəbəli smartfonun içliyi heç də ürəkaçan deyil. O, 1,5 QHs takt tezlikli dördnüvəli çiplə təchiz edilir, 2 QB əməli yaddaş, 32 QB tutumlu fləş-daşıyıcı ilə təchiz edilib. Tədarük dəstinə daxil olan “microSD” kartı ilə daxili yaddaşı artırmaq olar.“Antares” smartfonu daxili “Yamaha” gücləndiricisinə malik dinamiklə təchiz edilib. Qurğunun qalınlığı 13,5 millimetrdir (müqayisə üçün, “iPhone 5S”-də 7,6 millimetr, “Galaxy S4”-də 7,9 millimetr). Smartfonun arxa panelində 13 meqapiksellik və ön panelində isə 5 meqapiksellik kamera quraşdırılıb.Ekranın diaqonalı 4 düym təşkil edir. Təsvir ölçüsü qeyd olunmayıb. “Antares” smartfonu “Android 4.2” versiyası (Jelly Bean) ilə işləyir.“Antares” smartfonu ilk öncə Rusiya və Çinə tədarük ediləcək. Gələn ilin yazında isə İtaliya, Böyük Britaniya və ABŞ sakinləri də bu smartfonu satın almaq imkanını əldə edəcəklər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol