• $
  • €
  • ₽
  • ₺
  • £

Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub

Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub
17.08.2026 15:27

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını dünyanın aparıcı süni intellekt tədbirlərindən biri olan “Ai4 2026” konfransında beynəlxalq auditoriyaya təqdim edib.

ABŞ-nin Las-Veqas şəhərində baş tutan “Ai4 2026” konfransı 90-dan çox ölkədən 12 mindən çox iştirakçını, 1000-dən çox spikeri və 400 sərgi iştirakçısını bir araya gətirib. 2018-ci ildən etibarən keçirilən tədbir biznes və texnologiya liderlərini süni intellektin real biznes mühitində tətbiqi, generativ Sİ, Sİ agentləri və digər qabaqcıl texnologiyaların inkişafı ətrafında birləşdirən qlobal platformadır. Tədbir təşkilatçılar tərəfindən Şimali Amerikanın ən böyük Sİ sənaye tədbiri kimi dəyərləndirilir. 

Konfransda Bir ekosistemini Data və Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər. Valeh Nəbiyev “Ai4 2026”da spiker qismində çıxış edərək Bir-in korporativ Sİ yanaşmasını beynəlxalq auditoriyaya təqdim edib. O, “Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi” (Building the Enterprise AI Operating System: Turning AI into an Organizational Capability) mövzusunda çıxışı zamanı vurğulayıb ki, təşkilatlar üçün əsas çağırış artıq yalnız ayrı-ayrı Sİ həllərinin yaradılması deyil, süni intellekti sürətli, təhlükəsiz və geniş miqyasda tətbiq etməyə imkan verən təşkilati imkanların formalaşdırılmasıdır. Valeh Nəbiyev təqdimatında qeyd edib ki, süni intellektdən real biznes nəticələri əldə etmək üçün ayrı-ayrı həllərin yaradılması kifayət deyil. Bunun üçün data, texnologiya, insanlar və biznes proseslərinin bir-biri ilə əlaqəli şəkildə qurulması, Sİ həllərinin isə təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqinə imkan verən vahid sistemin formalaşdırılması vacibdir.

Bir ekosisteminin nümayəndələri konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan Sİ və data liderləri ilə fikir və təcrübə mübadiləsi də aparıblar. “Ai4 2026”nın proqramı biznesdə süni intellektin real tətbiqləri ilə yanaşı, “Sİ agentləri”, “Generativ Sİ”, “İdarəetmə və məsuliyyətli Sİ” kimi mövzuları da əhatə edib.

Bir ekosisteminin “Ai4 2026”da iştirakı həm qlobal Sİ trendlərini və real tətbiq nümunələrini yaxından izləmək, həm də Bir-in korporativ Sİ transformasiyasına dair yanaşmasını beynəlxalq peşəkar ictimaiyyətlə bölüşmək baxımından əhəmiyyətlidir. 

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

 

Daha ətraflı: bir.az 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol