• $
  • €
  • ₽
  • ₺
  • £

Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır

Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
24.08.2026 13:45

Ölkənin ilk rəqəmsal bankı Birbank sahibkarların maliyyə əlçatanlığını daha da artırır. Belə ki, kiçik və orta biznes adamları  Mikro biznes krediti əldə etmək üçün indi həm Birbank, həm də Birbank Biznes mobil tətbiqindən müraciət edə bilərlər. Beləliklə, sahibkarlar biznesləri üçün əlavə vəsaitə ehtiyac duyduqda iki tətbiqdən istədiklərini seçmək rahatlığına malikdirlər. 

Kredit müraciətinin bütün mərhələləri rəqəmsal şəkildə həyata keçirilir və 50 000 AZN-dək Mikro biznes krediti tam onlayn şəkildə rəsmiləşdirilir. Kredit üçün banka və ya filiala getməyə, zamin və girov təqdim etməyə ehtiyac yoxdur. Müraciət zamanı sənəd təqdim edilməsi də tələb olunmur. Dəyərləndirilmə biznesə baxış keçirilmədən aparılır və kredit müraciti bankın mövcud kredit siyasəti, eləcə də risk qiymətləndirməsi əsasında həyata keçirilir. Həmçinin, kredit sənədləri tətbiq daxilində elektron qaydada imzalanır. Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti sahibkarın hesabına köçürülür.

Mikro biznes kreditindən yararlanmaq üçün sahibkarın VÖEN-i və ya Kapital Bank-da AZN valyutalı sahibkar hesabı olması yetərlidir. Hesabı olmayan sahibkarlar Birbank Biznes tətbiqindən rahatlıqla hesab aça bilərlər. 

Ətraflı məlumat üçün: www.b-b.az/BiznesB

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol