• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının ixracı 22,8% artıb

Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının ixracı 22,8% artıb
28.08.2026 13:32

 

Azərbaycandan 2026-cı ilin yanvar-iyul aylarında aqrar və aqrar-sənaye məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% artaraq 896,4 milyon ABŞ dollarına çatıb. Bu barədə İqtisadi İslahatların Təhlili Mərkəzinin məlumatlarında qeyd olunub.

Hesabat dövründə aqrar məhsulların ixracı 22,1% artaraq 673,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 24,8% artaraq 223,1 milyon dollar təşkil edib.

Qeyri-monetar qızıl istisna olmaqla, yanvar-iyul aylarında qeyri-neft sektoruna aid ixrac malları arasında qızıl 239,4 milyon dollarla ilk sırada qərarlaşıb. Tomat 172 milyon dollarla ikinci, mis filizləri və konsentratları isə 152 milyon dollarla üçüncü olub.

İyulda qeyri-neft ixracında isə şaftalı və nektarinlər 46,8 milyon dollarla birinci yeri tutub. Qızıl 37,2 milyon dollarla ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar 28,7 milyon dollarla üçüncü olub.

Yanvar-iyulda qeyri-neft sektoruna aid malların əsas ixrac istiqamətləri Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna olub. Bu ölkələrə müvafiq olaraq 731,7 milyon dollar, 390,6 milyon dollar, 328,1 milyon dollar, 251,6 milyon dollar və 85 milyon dollar dəyərində məhsul ixrac edilib.

İyulda isə Rusiya 135,5 milyon dollarla Azərbaycanın qeyri-neft ixracında əsas istiqamət olub. Gürcüstana 48,3 milyon dollar, Türkiyəyə 39,8 milyon dollar, İsveçrəyə 37,7 milyon dollar, İspaniyaya isə 19,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol