• $
  • €
  • ₽
  • ₺
  • £

İritutumlu avtobuslar paytaxtdan yığışdırılacaq

İritutumlu avtobuslar paytaxtdan yığışdırılacaq
25.11.2013 10:30

Nəqliyyat Nazirliyi orta ölçülü avtobusları xəttə buraxmağa hazırlaşır; iqtisadçı ekspert: “Bakıda marşrutların tənzimlənməsinin bu nazirliyə həvalə olunmasının özü absurddur...”

Elektron KİV-lərdə iritutumlu avtobuslar şəhərdəki tıxacların az qala yeganə səbəbi kimi təqdim edilir. Hökumətin təbliğat maşını əsaslandırmağa çalışır ki, aztutumlu avtobuslar daha çevik manevrlərlə tıxac riskini minimuma endirir. Bu daha çox oliqarxların yeni bir biznes layihəsinin reklamına oxşayır.  

İqtisadçı-ekspert Rövşən Ağayev “Yeni Müsavat”a bildirib ki, iritutumlu avtobusların tıxac yaradan amil olduğu öncədən bəlli idi: “4-5 il əvvəl Bakıya iritutumlu avtobusların gətirilməsini, xüsusilə də əksəriyyəti dar və keçilməz olan mərkəzi küçələrdə bu avtobusların tıxacları daha da artıracağını dönə-dönə deyirdik. Ancaq hökumət ekspertlərin bu iradını ciddiyə almadı və öz bildiyini etdi. Dövlət büdcəsindən də vəsait aldılar, Koreyadakı ortaqlarından iri avtobuslar gətirdilər. Bu proses ayrı-ayrı sahibkarlara məxsus orta və xırda tutumlu avtobusların hamısını xətlərdən çıxarmaqla nəticələndi. Paytaxtın avtobus xidməti bir adamın və 1 markadan olan avtobusların inhisarına keçdi”.

R.Ağayev deyir ki, iritutumlu avtobusların tıxaclara səbəb olduqlarından danışırdılar: “Axı vətəndaş cəmiyyəti bunu prosesin başlanğıcındaca deyirdi. İndi təbliğatla yeni eksperimentə hazırlaşırlar - ”iritutumlu avtobuslar özünü doğrultmadı, orta ölçülü marşrutlara ehtiyac var" deyəcəklər və ölkənin 100 milyonlarla manat pulunu havaya sovuracaqlar".

Ekspert deyir ki, Bakıda xətlərin tənzimlənməsinin Nəqliyyat Nazirliyinin funksiyalarına daxil olmasının özü absurddur: “Sərnişin daşınmasının səmərəli təşkilinin dünyada 2 əsas modeli var. Sərnişin daşınması xidmətini ya meriya, ya da bələdiyyə üzərinə götürür. Birinci halda meriya hər xətt üzrə açıq tenderlər keçirir - daha səmərəli təkliflərlə çıxış edən şirkətlər tenderin qalibi olur. İkinci halda isə bələdiyyə bütün məsuliyyəti öz üzərinə götürür (Türkiyə modeli). Birinci modelə daha çox üstünlük verilir. Yəni sərnişin daşınması sektorunda real rəqabət mühiti yaradılır, prosesə çoxlu sayda şirkət cəlb edilir. Yəni bu məsələdə dövlət büdcəsindən vəsait xərclənmir, normal rəqabət nəticəsində özəl şirkətlər sərnişinlərə yüksək keyfiyyət və minimal tariflərlə xidmət göstərirlər. Bu baxımdan Nəqliyyat Nazirliyinin paytaxtda sərnişinlərin daşınması xidmətini təşkil etməsi heç bir tənqidə dözmür”.

R.Ağayev məsələyə sistemli yanaşmağın vacib olduğunu deyir: “Niyə sivil dünyada olduğu kimi bizim şəhərdə də seçkili mer institutu yaradılmayıb? Niyə ictimai nəqliyyatın tənzimlənməsi kollegial qərarlar qəbul edən ictimai təsisata həvalə olunmayıb? Niyə az qala 4 milyon nəfərə yaxın əhalisi olan Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda azı bir-biri ilə rəqabət aparan 30-35 peşəkar şirkət, onların maraqlarını təmsil edən peşə birliyi olmamalıdır? Hökumət ciddi islahatlara gedib bu məsələləri həll etməsə, sərnişin daşınması ilə bağlı neqativ tendensiyaları aradan qaldırmaq mümkün olmayacaq. İlkin mərhələdə sərnişin daşınması sektorunu monopoliyadan xilas edib bazara müxtəlif oyunçuları cəlb etmək lazımdır ki, normal rəqabət mühiti yaransın. Sərnişin daşınması bir qrupun monopoliyasında qaldıqca, belə ”eksperimentlər" tez-tez təkrarlanacaq. Hər “eksperiment” nəticəsində də dövlətin 100 milyonlarla manatı havaya sovrulacaq".

Paytaxtda sərnişin daşınması ilə Ziya Məmmədova məxsus “Transqeyt” MMC, şəhərlərarası sərnişin daşınmaları ilə isə nazirin deputat qardaşı Elton Məmmədova məxsus “Bakı XXI ƏSR” MMC məşğul olur. Yəni nəinki paytaxtda, hətta şəhərlərarası sərnişin daşınması da Məmmədovlar ailəsinin monopoliyasındadır. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol