• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Almaniya üçün regional platformadır - nazir müavini

Azərbaycan Almaniya üçün regional platformadır - nazir müavini
06.10.2026 10:16

Azərbaycan Almaniya şirkətləri üçün yalnız 10 milyonluq bazar deyil, Xəzəryanı region, Mərkəzi Asiya və Cənubi Qafqazı əhatə edən investisiya və texnologiya əməkdaşlığı platformasıdır. Bunu Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.

"Almaniya şirkətləri üçün əsas təklif Azərbaycanda yerləşərək daha geniş region üçün istehsal həyata keçirməkdir. bu yanaşma Mərkəzi Asiya xammalını ölkəmizdə emal edərək Avropa və Türkiyə bazarlarına çıxarmaq imkanı yaradır", - Bəşirli bildirib.

Nazir müavini bu ilin noyabrında Almaniyaya səfər ediləcəyini və Azərbaycan-Almaniya Biznes Şurasının ilk iclasının keçiriləcəyini vurğulayıb.

Bəşirli Ələt Azad İqtisadi Zonasının əlavə dəyər yaradan investisiyalar üçün hazır olduğunu, Yaşıl Enerji Dəhlizi və Trans-Xəzər Fiber-Optik Kabel layihələrinin beynəlxalq tərəfdaşlar üçün geniş imkanlar açdığını bildirib.

O əlavə edib ki, 2026–2029-cu illər Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində 2030-cu ilədək 300-dək yerli şirkətin "Sənaye 4.0" texnologiyaları və süni intellekt əsasında rəqəmsal transformasiyası dəstəklənəcək.

N. Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol