• $
  • €
  • ₽
  • ₺
  • £

AHK Azerbaijan: Orta Dəhliz investisiya və sənaye əməkdaşlığı platformasına çevrilə bilər

AHK Azerbaijan: Orta Dəhliz investisiya və sənaye əməkdaşlığı platformasına çevrilə bilər
06.10.2026 12:43

Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında yerləşən Orta Dəhliz investisiyalar, sənaye əməkdaşlığı və iqtisadi inteqrasiya üçün platformaya çevrilə bilər. Bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Narqis Vik Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin əhəmiyyəti yalnız nəqliyyat bağlantısı ilə məhdudlaşmır. Bu çərçivədə enerji, rəqəmsallaşma, investisiyalar və daha güclü iqtisadi əməkdaşlıq da mühüm istiqamətlərdir.

Narqis Vik bildirib ki, Almaniya və Azərbaycan arasında artıq güclü ticarət əlaqələri mövcuddur, lakin tərəflər əməkdaşlığı ticarətlə məhdudlaşdırmamalı və daha geniş dəyər zəncirlərinə inteqrasiyaya çalışmalıdır.

O qeyd edib ki, Azərbaycan şirkətlərinin Almaniya və Avropanın dəyər zəncirlərinə inteqrasiyası, eləcə də Almaniya şirkətlərinin Azərbaycanda dəyər yaratma proseslərinə cəlb edilməsi üçün imkanlar mövcuddur.

AHK Azerbaijan rəhbəri əlavə edib ki, iyul ayında Berlində Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan hökuməti və Alman İqtisadiyyatının Şərq Komitəsi arasında Biznes Məsləhət Şurasının yaradılması ilə bağlı Birgə Bəyannamə imzalanıb.

Onun sözlərinə görə, bu təşəbbüs hökumət, biznes və maliyyə institutları arasında strukturlaşdırılmış dialoq yaratmaqla yanaşı, Almaniya və Azərbaycan şirkətləri arasında konkret biznes imkanları və layihələr üzrə portfelin formalaşdırılmasına imkan verə bilər.

Narqis Vik Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika infrastrukturunun inkişafı, logistika proseslərinin rəqəmsallaşdırılması və enerji bağlantısında böyük imkanlar gördüklərini vurğulayıb.

O bildirib ki, bu sahələr Almaniya şirkətləri üçün mühəndislik, texnologiya, avadanlıq, rəqəmsal həllər, maliyyələşdirmə və layihələrin işlənilməsi istiqamətlərində yeni imkanlar yarada bilər.

AHK Azerbaijan icraçı direktoru, həmçinin Azərbaycanın bərpa olunan enerji potensialının Xəzər regionu, daha sonra isə Avropa bazarları ilə əlaqələndirilməsini nəzərdə tutan yaşıl enerji dəhlizlərinin böyük potensiala malik olduğunu qeyd edib.

Narqis Vik vurğulayıb ki, əsas məqsəd Orta Dəhlizlə bağlı yaranan imkanları konkret ikitərəfli layihələrə çevirmək və uzunmüddətli biznes əməkdaşlığını inkişaf etdirməkdir.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol