• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir

Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
20.10.2026 11:40

Azərbaycanda POS-terminal əməliyyatları üzrə komissiyaların azaldılması nağdsız ödənişlərin genişlənməsinə və mikro və kiçik sahibkarların fəaliyyət xərclərinin aşağı düşməsinə kömək edə bilər. Bunu deputat Vüqar Bayramov deyib.

Bayramov hesab edir ki, mövcud tariflər bəzi sahibkarların nağdsız hesablaşmalara marağını azaldır.

Deputatın məlumatına görə, Azərbaycanda POS-terminalların sayı 2020-ci illə müqayisədə 3,2 dəfə artaraq 184,4 minə çatıb. Terminalların 62,1%-i Bakıda yerləşir.

“Hazırda 1 ədəd POS terminala düşən əhali sayı 60 nəfərdir. Hansı ki, Gürcüstanda hər POS terminal 29 nəfərə, Türkiyədə isə 47 nəfərə xidmət göstərir”, - Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dövriyyədə olan bank kartlarının sayı da artmaqda davam edir. 2026-cı il mayın sonuna onların sayı 22,8 milyona çatıb. Son 10 ildə bank kartlarının sayı 3,8 dəfə artıb.

Bayramov POS-terminal əməliyyatları üzrə tariflərin region ölkələri ilə müqayisədə yüksək olduğunu bildirib.

“Mastercard-ın Türkiyədə debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri 0,65%, Qazaxıstanda 0,9–1,3% arasında dəyişdiyi halda, müvafiq göstərici Azərbaycanda 1,14–1,73% arasında dəyişir. Azərbaycanda region ölkələrinə nisbətən daha yüksək interçeync tarifləri tətbiq edilir”, - deputat qeyd edib.

Onun sözlərinə görə, standart müştəri kartları üzrə tariflər Azərbaycanda 1,3-1,8%, Türkiyədə 1,32%, Gürcüstanda 1-1,75%, Qazaxıstanda isə 0,9-1,1% təşkil edir.

Bayramov bildirib ki, yüksək komissiyalar sahibkarların xərclərini artırır və bu xərclər son nəticədə qiymətlərə təsir göstərə bilər.

“Hazırda mikro sahibkarlar üçün 2 faizlik sadələşdirilmiş dövriyyə üzrə vergi güzəştləri tətbiq olunur. Amma POS-terminallardan istifadə üzrə ümumi tariflər hətta vergi dərəcəsindən də çoxdur. Bu o deməkdir ki, bir sıra hallarda nağdsız ödənişlərə üstünlük verən və şəffaf işləmək istəyən mikro sahibkar vergidən daha çox POS-terminaldan istifadəyə görə banklara haqq ödəməlidir. Bu isə mikro sahibkarların nağdsız hesablaşmalara marağını azaldır. POS-terminal tarifləri iqtisadiyyatın ağardılması üçün maneə olmamalıdır”, - o bildirib.

Deputat Mərkəzi Bankı POS-terminal tariflərinə yenidən baxmağa və komissiyaların azaldılması istiqamətində tədbirlər görməyə çağırıb. O, həmçinin daxili interçeync sisteminin genişləndirilməsinin və kart əməliyyatları üzrə tariflərin optimallaşdırılmasının nağdsız ödənişlərin təşviqinə kömək edə biləcəyini qeyd edib.

Bayramovun fikrincə, bu tədbirlər sahibkarların nağdsız hesablaşmalara marağını artıra, iqtisadiyyatın şəffaflaşmasına və qiymətlərin azalmasına şərait yarada bilər.

Gülnar Nazimqızı 

 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol