• $
  • €
  • ₽
  • ₺
  • £

“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib

“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni
intellekt əsaslı bankı seçib
21.10.2026 13:37

 

Qlobal maliyyə sektoru üzrə nüfuzlu beynəlxalq platformalardan olan “The Digital Banker” “Global AI Innovation Awards 2026” mükafat proqramının qaliblərini elan edib. Azərbaycan üzrə “Best AI-Powered Retail Bank–Azerbaijan” nominasiyasının qalibi ABB olub.

Bu mükafat ABB-nin süni intellekt əsaslı bankçılıq həllərinə, o cümlədən müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan-ınyaratdığı imkanlara verilən beynəlxalq qiymətdir. 

“Global AI Innovation Awards” maliyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə mühüm yeniliklər yaradan qurumları müəyyənləşdirən beynəlxalq mükafat proqramıdır. Proqram çərçivəsində maliyyə təşkilatlarının süni intellekt əsasında hazırladığı məhsul və xidmətlər, müştəri təcrübəsinin inkişafı, məlumatlara əsaslanan qərarvermə, risklərin idarə edilməsi, əməliyyat səmərəliliyi və innovativ biznes modellərinin yaradılması kimi istiqamətlər qiymətləndirilir.

Mükafat proqramında namizədlər “The Digital Banker”in araşdırma komandası, süni intellekt sahəsi üzrə mütəxəssislər və müstəqil beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir. Münsiflər heyətində KPMG, Bain & Company və Accenture kimi beynəlxalq şirkətlərin ekspertləri təmsil olunur.

“The Digital Banker” platormasının Baş ofisi Sinqapurda yerləşir. Təşkilatın pərakəndə bankçılıq üzrə “Global Retail Banking Innovation Awards” mükafat proqramı 2018-ci ildən elan olunub. Mükafatın qalibləri ilə buradan tanış ola bilərsiniz.  

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol