• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Mollazadə 8-ci GTI seminarında - FOTOLAR

Ceyhun Mollazadə 8-ci GTI seminarında - FOTOLAR
21.11.2013 14:23

GTİ təşkilatının (Global TD-LTE İnitiative) 8-ci seminarı bu dəfə Taylandın paytaxtı Banqkok şəhərində təşkil edilib. Ənənəvi olaraq təşkilata üzv olan qlobal İKT şirkətləri ən son texnoloji yenilik və xidmətlərini nümayiş etdirərək öz təcrübələrini bölüşüblər, gələcək addımları müəyyənləşdiriblər.  

GTI təşkilatının baş katibi Huanq Yuhonqun sədrliyi ilə keçən seminarda China Mobile, Sprint,  Vodafone, Sony, Samsung, Huawey, Ericsson, ZTE, UK Broadband, Datang, NSN kimi dünyanın texnologiya xidmətləri bazarında tanınmış şirkətlərin rəhbərləri məruzələrlə çıxış ediblər. Seminara xüsusi dəvət alan Sazz 4G İnternet provayderi “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə də geniş məruzə ilə çıxış edib. Ceyhun Mollazadə son on il ərzində Azərbaycanın telekommunikasiya sahəsindəki yenilikləri və əldə edilmiş nəticələr haqqında məlumat verib. 

C.Mollazadə bildirib ki, 2003-cü ilə qədər ayrıca iqtisadi sahə kimi mövcud olmayan  informasiya kommunikasiya texnologiyaları sektoru prezident İlham Əliyevin bu sahəni neftdən sonra ikinci prioritet sahə elan edəndən sonra güclü inkişafa nail olub. İndi ölkədə yerüstü və simsiz rabitə şəbəkəsi inkişaf edib, elektron hökümət qurulub, Azərbaycan öz telekommunikasiya peykinə malik olan və kosmik sənaye quran ölkələr sırasına daxil olub. 

C.Mollazadə seminar iştirakçılarına məlumat verib ki, Dünya İqtisadi Forumunun  hesabatında Azərbaycan şəbəkələşmə hazırlığı indeksinə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Həmin hesabata görə, internet istifadəçilərinin sayına görə Azərbaycan MDB ölkələri arasında liderdir, internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir. 

C.Mollazadənin Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr haqqındakı məlumatları iştirakçıların xüsusi marağına səbəb olub.  C.Mollazadə “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi (TASİM)  barədə danışaraq deyib ki, bu layihə kommukinasiya sahəsində böyük inkişafa malik olan  Qərbi Avropa ilə Şərqi Asiyanı birləşdirərək bu magistral üzərində yerləşən təxminən 20 ölkəni əhatə edəcək. O, qeyd edib ki, bu layihə çərçivəsində Xəzəraltı kabel magistralının tikiləcəyi də nəzərdə tutulur. 

C.Mollazadə çıxışını ölkəmizdə simsiz internet texnologiyalarının inkişafı ilə bağlı faktlarla davam etdirib. 

8-ci GTI seminarı öz işini noyabrın 21-də  yekunlaşdıracaq. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol