• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Mollazadə Bankokda Sazz 4G Interneti təmsil edir - FOTO

Ceyhun Mollazadə Bankokda Sazz 4G Interneti təmsil edir - FOTO
19.11.2013 16:35
Noyabrın 19-da Taylandın paytaxtı Bankokda “İTU Telecom World 2013” sərgi konfransı öz işinə başlayıb.Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş və dünyanın 190-dan çox ölkəsində İKT sahəsində ixtisaslaşan 700-dən artıq qurumun qatıldığı forumda dövlət və hökümət başçıları, mobil operatorlar, internet provayderləri, ekspert və alimlər iştirak edirlər.Azərbaycan bu forumda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi altında geniş təkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir.Tədbir çərçivəsində nazir Əli Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirməsi, habelə konfransda çıxış etməsi gözlənilir. Sərgi-konfransın keçirildiyi günlərdə “Azərbaycan gecəsi” də nəzərdə tutulub. Gecəyə konfransda iştirak edən xarici ölkələrin başçıları, hökümət adamları və digər yüksək səviyyəli qonaqlar dəvət alıblar. Ölkəmizin milli pavilyonunda Sazz 4G İnternet və “Sinam”şirkətləri də yer alır. Brendləri “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə və “Sinam” şirkətinin prezidenti Elçin Əliyev təmsil edir edir. Ceyhun Mollazadə konfrans çərşivəsində keçirilən müxtəlif sessiya və forumlarda iştirak edəcək.Noyabrın 23-nə qədər davam edəcək konfransda “Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi”, “Rəqəmsal dünyada şəxsi həyatın təhlükəsizliyinin təmin edilməsi”, “XXI əsrdə təhsil sahəsində İKT-nin əhəmiyyəti”, “IPv6 əsasında qurulmuş İnternet” və digər mövzular ətrafında müzakirələr aparılacaq.Qeyd edək ki, noyabrın 20-də Bankokda daha bir forum, 8-ci GTİ (Global TD-LTE İnitiative) seminarı öz işinə başlayacaq. Seminara xüsusi dəvət alan Ceyhun Mollazadə burada geniş məruzə ilə çıxış edəcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol