• $
  • €
  • ₽
  • ₺
  • £

Bolkart sahibləri ödəniş aylarını artıq SMS-lə və ya şəxsi kabinetdə artıra bilər!

Bolkart sahibləri ödəniş aylarını artıq SMS-lə  və ya şəxsi kabinetdə artıra bilər!
02.12.2014 21:23
Artıq Bolkart MasterCard sahibləri qeyri-partnyor ticarət məkanlarında taksitərin sayını (ödəniş müddətini) onlayn qaydada da artıra bilərlər.

Bolkart şəbəkəsinə aid olmayan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery və s.) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 və ya 6 aylıq ödəniş müddəti əldə edə bilərlər. Beləliklə, kart sahibi daha rahat və münasib ödəmə qrafiki əldə etmiş olur.

Kart sahibi bunu www.bolkart.az saytının Şəxsi Kabinet bölməsinin müvafiq menyusu vasitəsilə həyata keçirə bilər. Bolkart istifadəçisi alış-veriş etdiyi andan 1 gün ərzində bu xidmətdən yararlana bilər. Yeni xidmət xüsusən də internet istifadəçiləri üçün faydalı olacaq. Mağazalarla yanaşı, onlayn alış-veriş edən Bolkart sahibləri də hər-hansı məhsulu alıb, onun dəyərini hissə-hissə 6 aya kimi ödəyə bilərlər.

Xatırladaq ki, Bolkart sahibləri artıq bir ilə yaxın, eyni funksiyanı SMS taksit xidməti vasitəsilə də istifadə edirlər. Kart istifadəçisi alış-veriş zamanı əldə etdiyi qəbzdə əks olunmuş 6 rəqəmli təsdiq kodunu və "taksit3” ( və ya "taksit6”) ifadəsini SMS ilə 8145 nömrəsinə göndərir.

Yeni xidmətin komissiya haqqı – 4,5% (3 ay) və 9%-dir (6 ay).

Xatırladaq ki, bu gün Bolkart Azərbaycanın ən populyar kredit kartıdır və "Bank of Baku”-nun bu kartından yüz minlərlə insan istifadə edir. Bolkartla Azərbaycanda və xaricdə alış-veriş etmək, kartdan nağd pul çıxarmaq, müxtəlif güzəşt və kampaniyalardan faydalanmaq olar.

Daha ətraflı: www.facebook.com/Bolkart

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol