Hava nəqliyyatında sərnişindaşıma tarifləri ucuzlaşıb

2014-cü ilin noyabr ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb.
ANN.Az Trend-ə istinadən xəbər verir ki,Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,8 faiz, digər xarici ölkələr üzrə isə 1,8 faiz ucuzlaşma müşahidə olunub.
Dəmiryol nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,1 faiz bahalaşıb. Noyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşıb. Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır