Sürücülərə şad xəbər

Bakı Metropoliteninin "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi ilə əlaqədar Bakı Dövlət Universiteti (BDU) istiqamətindəki bağlanmış yolların yaxın bir neçə gündən sonra açılması planlaşdırılır.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumatı "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, metronun "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışında (Bakı Dövlət Universiteti tərəfə), yolun üst hissəsində görülən tikinti işlərinin tamamlanması ilə əlaqədar Bəxtiyar Vahabzadə (keçmiş Firudin Ağayev) və Zahid Xəlilov küçələrinin bu ilin sonuna kimi, yəni Yeni il bayramı ərəfəsində açılması və orada nəqliyyatın və piyadaların hərəkətinin bərpa olunması nəzərdə tutulur.
Qeyd edək ki, adıçəkilən yollar 2012-ci ildən bəri nəqliyyatın hərəkəti üçün qapalıdır.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır