• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil telefonlar sağlamlıq üçün təhlükəlidirmi?

Mobil telefonlar sağlamlıq üçün təhlükəlidirmi?
11.12.2014 19:56
Mançester Universiteti alimlərinin qənaətinə görə, mobil telefonlar və elektrik xətlərinin yaratdığı maqnit sahələr insan sağlamlığı üçün zərərsizdir.
 
Bundan əvvəl keçirilmiş tədqiqatlarda isə  mobil qurğular və şəbəkə kabellərindən yayılan elektromaqnit şüalanmanın sonsuzluq və xərçəng xəstəliyinə səbəb olduğu bildirilirdi. Bəzi ekspertlər  hətta bunun uşaq leykemiyası ilə nəticələnə biləcəyini qeyd edirdilər.
 
Ötən illərin araşdırmalarına əsaslanan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyi alçaqtezlikli maqnit sahələrini potensial kanserogen hesab edib. Öz növbəsində səhiyyə müəssisələri də mobil telefondan uzun müddət danışmaqdan imtina etməyi tövsiyə edib. Uşaqlara isə həkimlər ümumiyyətlə mobil telefondan yalnız müstəsna hallarda istifadəni məsləhət görüblər.
 
Bu yaxınlaradək hesab olunub ki, maqnit sahələri insan orqanizmində əsas zülalları parçalayır. Lakin Mançester Universiteti alimləri bunu təkzib ediblər.  
 
Tədqiqatçılar zəif maqnit sahələrinin sağlamlıq vəziyyətinin formalaşmasında, əsəb sisteminin idarəetməsində və DNK-nın bərpasında mühüm rol oynayan flavoproteidlərə (Orqanizmdə oksidləşdirici-bərpaedici reaksiyaların bəzi fermentləri) necə təsir göstərməsini müşahidə ediblər. Çünki bu zülalların zədələnməsi sağlamlıqda problemlər yarada bilər. Nəticədə məlum olub ki, şüalar flavoproteidlərin fəaliyyətinə tam təsirsizdir.
 
Flavoproteidlər elektronları bir yerdən digər yerə aparır. Yolda radikal cütlüklər kimi tanınan qısaömürlü birləşmələr yaranır. Hesab olunur ki, onların iştirak etdiyi biokimyəvi reaksiyalar müəyyən şəraitdə elektromaqnit şüalanmaya qarşı çox həssasdır. Aparılan yeni tədqiqat göstərib ki, zəif elektromaqnit sahəsinin biokimyəvi effekti üçün insan biologiyasında düzgün şəraitə nadir hallarda rast gəlinir.
 
Qeyd etmək lazımdır ki, bu, mobil qurğuların təhlükəsiz olmasını sübut edən yeganə tədqiqat deyil. Belə ki, 2010-cu ildə Britaniya Səhiyyə Mühafizəsi Agentliyi mobil telefonlar və "Wi-Fi" çıxış nöqtələrinin insan üçün zərərli olması ilə bağlı əsaslı sübutlar aşkar edə bilməyib. Lakin qeyri-ionlaşdırıcı şüalanma üzrə müstəqil "AGNIR" qrupu mobil qurğu şüalarının effektinin uzunmüddətli araşdırılmasına təkid edir.  
 
Mançester Universitetinin tədqiqatı "Journal of the Royal Society Interface" jurnalında dərc edilib, - "Hi-News" yazır.

ictnews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol