• $
  • €
  • ₽
  • ₺
  • £

2015-ci ildə Azərbaycanda iqtisadi artım nə qədər olacaq?

2015-ci ildə Azərbaycanda iqtisadi artım nə qədər olacaq?
22.12.2014 13:24
Asiya İnkişaf Bankı (ADB) 2015-ci ildə Azərbaycanda iqtisadi artımın 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADB-nin Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev bildirib.

N.Vəliyev qeyd edib ki, Bankın mütəxəssisləri tərəfindən aparılan ilkin hesablamalara görə, Azərbaycan iqtisadiyyatının 2014-cü ildə 3%, gələn il isə 3,5% artacağı gözlənilir. Bununla yanaşı ölkədəki inflyasiya bu il üçün 2%, 2015-ci il üçün isə 3% səviyyəsində proqnozlaşdırılır.

"Hazırda Asiya regionunun inkişafına Nəzər Bülleteni üzrə iş aparırıq. Bu sənəd təxminən apreldə dərc ediləcək. Azərbaycanın neft-qaz sektoru üzrə proqnozlarımızı Dövlət Neft Şirkəti və BP ilə apardığımız danışıqlar əsasında hazırlayırıq. Araşdırmalarımız fevral ayının ortasında yekunlaşacaq", - deyə Bankın Bakı ofisinin nümayəndəsi bildirib.

N.Vəliyev həmçinin Rusiya rublunun dəyərdən düşməsi prosesinin Orta Asiya ölkələrinə ciddi təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, rublun kəskin devalvasiyası xüsusən Tacikistan, Özbəkistan və Qazaxıstana ciddi təsir edib: "Bunun  səbəbi isə həmin ölkələrə Rusiyadan daha çox pul baratlarının gəlməsi ilə bağlıdır”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol