AZAL-dan İrəvan ittihamına cavab

"Azərbaycanlı sərnişinlərin olduğu təyyarənin İrəvanda məcbur eniş etməsi AZAL-ın günahı deyil. Bu hadisənin bizimlə əlaqələndirilməsi gülüncdür".
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. O bildirib ki, AZAL-ın həyata keçirdiyi reyislərin baha olması ilə bağlı iddialar əsassızdır.
AZAL rəsmisi Yeni İl ərəfəsində bilet tapılmadığı və təyyarələrdə yerlərin məhdud olduğu ilə bağlı yayılan söz-söhbətin də yalan olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün Ukrayna Hava Yollarına məxsus Kiyev - Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub.
Ukraynadakı Azərbaycan diasporasının sədri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bildirib ki, təyyarədəki azərbaycanlıların əksəriyyəti tələbədir:
"Tələbələr Yeni İli Azərbaycanda keçirmək üçün Ukraynanı tərk edərək vətənə qayıdırlar. AZAL-da qiymətlərin baha olması və bilet tapmaq çətinliyi yarandığı üçün tələbələr Kiyev - Tiflis reysindən istifadə edirlər. 25 həmyerlimiz İrəvan aeroportunda bir müddət gözləməli olub və daha sonra ucuş həyata keçirilib", - deyə Hikmət Cavadov deyib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır