• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Hamilə qadınlara və əlillərə işləmək üçün qadağa qoyula bilməz

Nazir: Hamilə qadınlara və əlillərə işləmək üçün qadağa qoyula bilməz
24.12.2014 16:26
Hamilə qadınlara və əlillərə işləmək üçün qadağa qoyula bilməz.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qadınların kişilərlə əmək sahələrində işləməsi üzrə bərabərliyin təmin olunması üçün bir sıra peşələrdə qadınların çalışmasına qoyulan qadağalar aradan qaldırılmalıdır və hazırda bunun üzərində iş gedir: "Bu hüquq qadının özünə verilməlidir. Yəni onun hüququ var ki, hamiləlik öncəsi və ya sonrası 140 gündən istifadə etsin, sonra ilyarım, daha sonra yenidən ilyarım sosial məzuniyyətə çıxmaq hüququ var. Eyni zamanda bu müddətdə işləmək hüququ var. Digər ölkələrin təcrübəsinə uyğunlaşdırılaraq, əvvəllər qadağan olunan işlərin siyahısı son dərəcə azaldılmalı və seçim hüququ qadının özünə verilməlidir. Ümumiyyətlə, bütün məsələlərdə bu qadağaları aradan qaldırmağı düşünürük".

S.Müslümov əlavə edib ki, əlilliyi olan insanlara da işləmək qadağan oluna bilməz: "Bildiyiniz kimi, "1-ci qrup əlillərə işləmək qadağandır" sözləri yazılırdı. Hazırda bu məsələ ortadan qaldırılıb. Hər bir əlilliyi təyin olunan insana yalnız onun əmək qabiliyyətini itirməsi dərəcəsi, 1-ci, 2-ci, 3-cü qrup olması müəyyən olunur, amma işləmək heç zaman qadağan oluna bilməz. Yəni istənilən insanın hansı vəziyyətdə olmasından asılı olmayaraq, hansısa sahədə çalışmaq imkanları var və ona bu imkanları reallaşdırmaq hüququ verilməlidir".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol