• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR daha bir uğura imza atdı

SOCAR daha bir uğura imza atdı
24.12.2014 18:19
Dünyanın lider investisiya banklarından biri Goldman Sachs International, Petkim Petrokimya Holding A.Ş-nin törəmə şirkəti olan Petlim Limancılık Ticarət A.Ş-nin 30%-lik hissəsini 250 milyon dollara satın alıb.

ANN.Az ARDNŞ-ın rəsmi saytına istinadən xəbər verir ki, 18 iyul 2014 tarixində başlayan satış prosesi dekabrın 19-da yekunlaşıb. Bununla da hissələrin Goldman Sachs-a təhvili gerçəkləşmiş və müvafiq məbləğ ödənilib.

Maliyyə dünyasının nüfuzlu nümayəndələri bu sövdələşmənin SOCAR üçün uğurlu olduğunu qeyd edirlər. Dünya investisiya banklarının liderlərindən sayılan ABŞ-ın Goldman Sachs bankının "Petlim”ə verdiyi dəyər layihənin gələcəyinə göstərilən etimadın ən bariz nümunəsidir.

"Petlim” Limanı SOCAR-ın Əliağada "Neftayırma-Neft kimyası Enerji-Logistika” inteqrasiyasına dair mövcud strategiyasının ən önəmli ünsürlərindən birini təşkil edir. "Petlim” bütün Egey bölgəsinin və Türkiyənin ən önəmli konteyner limanlarından olacaq.

"Petlim” Limanının inşası hazırda plana uyğun olaraq davam etməkdədir. 1.5 milyon TEU həcmə sahib olacaq liman 2015-ci ilin ikinci yarısında istismara veriləcək. Limanın istismarını konteyner limanı işlətməsində dünyanın ən böyük şirkətlərindən biri olan MAERSK Qrupuna aid APMT şirkəti gerçəkləşdirəcək.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol