• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyindən işdən çıxarılanlarla bağlı açıqlama

Vergilər Nazirliyindən işdən çıxarılanlarla bağlı açıqlama
04.02.2015 12:30
Vergilər Naziriyinin Analitik informasiya şöbəsi strukturda aparılmış dəyişikliklər nəticəsində işçilərin ixtisar edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı vergi inzibatçılığının da bu inkişafa adekvat olaraq təkmilləşdirilməsini zəruri etdiyindən, idarəetmə sisteminin səmərəliliyini artırmaq məqsədilə 2014-cü ilin sonunda Vergilər Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılıb. Vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Vergilər Nazirliyinin bir sıra strukturlarının fəaliyyətində təkrarçılıq hallarının aradan qaldırılması və onların fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə Vergilər naziri Fazil Məmmədovun 26.12.2014-cü tarixli əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti  yaradılmış, Departamentin Əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib. Ləğv edilmiş Departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılmış Departamentdə işlə təmin olunmuş, bu zaman ixtisarlara yol verilməmiş, əksinə Departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib. Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu”nda aparılan müvafiq dəyişikliklər təsdiq edilib. Məlumat üçün bildiririk ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, vergi inzibatçılığı yüksək səviyyədə elektronlaşdırılmış Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biri olduğundan, yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol