• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Sumqayıt şəhərlərinin küçə adları yenilənir

Bakı və Sumqayıt şəhərlərinin küçə adları yenilənir
09.02.2015 10:58
"Bakı və Sumqayıt şəhərlərinin küçə adlarının AMEA Dilçilik İnstitutu tərəfindən yeni qaydalarla təyin olunması (yenilənməsi) prosesi davam edir".

Bunu "Report"a Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Nəzakət Qazıyeva deyib.

Onun sözlərinə görə, institut məsələ ilə bağlı keçən ilin iyun ayında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə 1 illik müqavilə imzalayıb: "Müqavilə imzalandığı tarixdən etibarən Bakı, Sumqayıt, Gəncə şəhərləri üzrə küçə adları mərhələlərlə instituta göndərilərək mütəxəssislər tərəfindən yoxlanılır və geri qaytarılır. Onu da qeyd edim ki, instituta hər mərhələdə müəyyən bir qisim - 300, 500 küçə adı - ad göndərilir".

Nəzakət Qazıyeva bildirib ki, küçə adlarının yenilənməsinin ilk mərhələsi sona çatıb: "Sentyabr-oktyabr aylarında Sumqayıt şəhərinin küçə adlarının müəyyən bir qismini yoxlasaq da, işlər hələ yekunlaşmayıb. Bakı üzrə də işlər hələ davam edir. Çünki paytaxt geniş ərazini əhatə edir. Həmçinin, Abşeron da oraya daxil olduğu üçün Bakının küçə adlarının yoxlanmasına müəyyən vaxt lazımdır".

O, həmçinin qeyd edib ki, küçə adlarının yoxlanma prosesi Kadastr Mərkəzindən asılıdır: "İlk mərhələdə Bakı, Gəncə, Sumqayıt üzrə 1 034 küçə adı gəlmişdi, növbəti mərhələdə ancaq Gəncə şəhərini əhatə edən 600 ad təqdim olunub".

Xatırladaq ki, Gəncənin bütün küçə adlarının tam siyahısı artıq II mərhələdə yoxlanılıb.  

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol