• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Azərbaycan vergitutma bazasını genişləndirməlidir

Dünya Bankı: Azərbaycan vergitutma bazasını genişləndirməlidir
29.05.2020 08:55
"Sözsüz ki, Azərbaycan neft qiymətlərinin düşməsi və dünyada baş verən qeyri-sabitliklə əlaqədar müəyyən çətinliklər və müəyyən çağırışlarla üzləşib.

Bu vəziyyətdə əsas məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti və müvafiq qurumlar öz vəzifələrini icra edərkən bu çağırışlara necə cavab verməli olduğunu formalaşdırsınlar".
 
"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda iki günlük IV Vergi Forumunda çıxışı zamanı DB-nin Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşşenko deyib.
 
"Yaranmış vəziyyətdə müvafiq çağırışlara cavab olaraq Vergilər Nazirliyi və digər nazirliklər müvafiq tədbirlər görməlidirlər. Dünya Bankının proqnozu onu göstərir ki, orta müddətdə bugünkü çağırışlar və Azərbaycanın üzləşdiyi çağırışlar bir günə ötüb keçməyəcək. Neft mövcud qiymətləri və əldə olunan gəlirlərində azalma müəyyən müddət davam edəcək. Buna görə, düşünürük ki, müxtəlif proqramlar, fiskal konsolidasiya, yeni gəlir mənbələrinin axtarışı məsələsi əhəmiyyət daşıyır. Bu, ölkənin neft gəlirlərinin üzləşdiyi itkiləri əvəzləyə bilər. Bu həmçinin yeni inkişaf modeli ortaya qoyacaq ki, o da özü özlüyündə davamlı və dəyişikliklərə müqavimət göstərə biləcək iqtisadiyyatın yaradılmasına təkan verəcək", - deyə , - deyə L.Leşenko bildirib.
 
DB rəsmisi əlavə edib ki, bankın proqnozlarına görə, cari il neftin qiyməti təxminən 1 barel üçün 53 dollar səviyyəsində olacaq, növbəti ildə 57 dollara bərabər olacaq. Bunu nəzərə alaraq, L.Leşşenko Azərbaycan hökumətinə vergitutma bazasını genişləndirməyi məsləhət verib.
 
"Bu sahədə əsas indikator qeyri-neft sektorunun artımı məsələsidir. Bilirik ki, hal-hazırda qeyri-neft sektoru ildə 9-10% artıb. Eyni zamanda, bu sektordan əldə olunan gəlirlərin ÜDM-ə nisbəti azalmaqdadır. Ona görə qeyri-neft sektorunda yeni yanaşmalar olmalıdır, yeni müəssisələr yaradılmalıdır. Dünya Bankının göstəricilərinə əsasən Azərbaycan vergitutma sahəsində böyük uğurla əldə edib. Bəzi sektorlar var ki, vergi ödəmirlər. Bu da həm vergiyə, həm də bazar iştirakçılarına mənfi təsir edir. İnanıram ki, bu sektorlar tədricən vergi sisteminə cəlb olunacaq. Bu, tək vergi sisteminə yox, həm də həmin sektorlara daha sürətli inkişaf etməyə imkan verəcək", - deyə bank rəsmisi əlavə edib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol