Nobel prospekti müvəqqəti bağlandı

Paytaxtda daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 10:30-dan etibarən, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılması, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























