• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya bazarında Azərbaycan məhsullarına tələbat var"

"Rusiya bazarında Azərbaycan məhsullarına tələbat var"
10.02.2015 17:49
Bu gün Rusiya Federasiyası baş nazirinin müavini Arkadi Dvorkoviçin Bakıya səfəri çərçivəsində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. 

"Report" xəbər verir ki, A.Dvorkoviç jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı səmərəli görüş keçirib. 
"Biz təsdiq etdik ki, siyasi sahədə dostluq, strateji münasibət qurmuşuq, bu da iqtisadi layihələri uğurla həyata keçirməyə imkan verir", - A.Dvorkoviç bəyan edib. 
O qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət sürətlə artır: "Biz Azərbaycan mallarını Rusiya bazarında daha çox almağa başlamışıq, Rusiya bazarında Azərbaycan məhsullarına tələbat var".

RF baş nazirinin müavini əlavə edib ki, səfər zamanı həmçinin Şimal-Cənub nəqliyyat və enerji dəhlizinin (Rusiya-Azərbaycan-İran) inkişafı ehtimalı və bu istiqamət üzrə əməkdaşlıq perspektivi müzakirə olunacaq. 

A.Dvorkoviç bildirib ki, əczaçılıq və avadanlıqların istehsalı sahələrində maraqlı birgə layihələr mövcuddur.  

Onun sözlərinə görə, tərəflər həmçinin bir sıra sənədlərin uzlaşdırılması ilə bağlı əməkdaşlığı, o cümlədən investisiya sahəsində əməkdaşlığı, ticarət və sərmayələrin genişləndirilməsi ilə bağlı əməkdaşlığı aktivləşdirmək haqqında razılığa gəliblər: "Biz hətta Avropa və ABŞ-la olan siyasi çətinliklər fonunda öz istiqamətimizi gücləndirmək iqtidarındayıq".

A.Dvorkoviç vurğulayıb ki, bu cür əməkdaşlıq bütün region üçün faydalı olacaq. 

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol