• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Dünyada ən bahalı kartof Azərbaycandadır

Ekspert: Dünyada ən bahalı kartof Azərbaycandadır
13.02.2015 17:25
Kənd Təsərrüfatı Nazirliyinin 2014-cü ilin dekabrın 1-nə olan məlumatına görə, kartof istehsalı 2013-cü ilə nisbətən 17,5% azalıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.  Bəs Azərbaycanda kartof istehsalının azalması bazarlarda tərəvəzin bu növünün qiymətlərinə hansı şəkildə təsir göstərəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, dünyanın heç bir ölkəsində kartofun qiyməti ölkəmizdəki kimi baha deyil:

"Türkiyədə, İranda, Rusiyada 1 kiloqramı 5-10 qəpiyə alınan kartof ölkə bazarında 70-80 qəpiyə təklif olunur. Rusiya isə özünün istehsal tələbindən iki dəfə çox məhsul istehsal edir. Ona görə də bu ölkələrdə kartofun qiyməti ucuzdur”.

Ekspert kartof istehsalının azalmasının səbəblərinə də toxundu:

"Ənənəvi sortlar sıradan çıxarılıb və yeni sortlar yaradılmayıb. Ölkədə kartof istehsalı ilə məşğul olan fermerlər ərzaq üçün nəzərdə tutulan kartof yumrularını toxum kimi istifadə edirlər. Bu da yolverilməzdir. Ona görə ki, toxumçuluq üçün xüsusi sahələr olmalıdır, orda aqrotexniki qaydalara riayət etmək lazımdır. Biz bu sektorda toxumçuluqla məşğul olmadığımıza görə, bu sahə get-gedə geriləyir. Əvvəllər daha çox sahələrdə kartof yetişdirmklə müəyyən həcmdə kartof istehsal olunurdusa, indi bunu həyata keçirmək mümkün deyil. Ona görə ki, məhsuldarlığın azalması fermerin biznesinə zərəri artırır və fermer növbəti ildə kartof istehsalında maraqlı olmur”.

İstehsalın həcmini artırmaq üçün ekspert həll yollarını təklif edir:

"Artıq əkin sahələrini genişləndirməklə bu sahəni inkişaf etdirmək mümkün deyil və fermerlər onda maraqlı deyillər. Ona görə də, bizdə istehsal get-gedə azalacaq, hansı bölgələrdə kartofçuluğu inkişaf etdirmək olar orda suvarma ilə bağlı mövcud olan problemlər aradan qaldırılmaldır. Aqro-texniki qaydalara tam əməl olunması üçün fermərləri lazımi istehsal alətləri ilə təmin etmək, bu sahə ilə məşğul olan fermerlərin biznesini genişləndirmək, məhsuldarlığı artırmaq üçün onların qarşısında duran problemləri həll etmək, onlara aşağı faiz dərəcəsi ilə kreditlərin verilməsini təşkil etmək lazımdır”.

Vahid Məhərrəmov bazarlarda kartofun bahalaşmasının nə vaxta qədər davam etməsinə də aydınlıq gətirdi:

"Əlbəttə, hər bir istehlakçını məhz bu sual maraqlandırır. Azərbaycan nə vaxta qədər ki tələbatını ödəyə bilməyək, bazarlarda qiymətlər o formada qalacaq. Bazarlarda qiymət artımı müşahidə ediləcək, amma yenə də birmənalı demək olmaz  ki, kartofun qiyməti nə vaxt enəcək”- ekspert bildirdi. 

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar ayının məlumatına görə, ötən ay ərzində kartofun qiyməti 0.7% bahalaşıb. 

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol