• $
  • €
  • ₽
  • ₺
  • £

“Avro-5”ə cavab verən benzin istehsal edəcəyik

“Avro-5”ə cavab verən benzin istehsal edəcəyik
28.05.2020 18:07
H.Əliyev adına BNEZ-də yeni layihələrin həyata keçirilməsinə start verilib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, "Avro-5” standartlarının tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən neftayırma müəssisələrində yenidənqurma işlərinə başlanılıb.

Artıq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə yeni layihələrə start verilib. 

Müvafiq proqrama əsasən, zavodun ЕD-АV-6, kаtаlitik krekinq qurğularında bir sıra modernləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, İtaliyanın Foster Wheller firması tərəfindən 21 nömrəli ED-AV-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi, eləcə də, ABŞ-ın UOP firması tərəfindən 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 2,5 milyon tona çatdırılması istiqamətində layihələndirmə başlanıb. 

Eyni zamanda, ildə 100 min ton polietilen, 150 min ton polipropilen məhsulunun istehsalı üçün "Аzərikimya” İstehsalat Birliyinin xammalla təmin edilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Yaxın illərdə isə izomerləşmə, МТБЕ, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və katalitik krekinq qurğusunun benzin faraksiyalarının kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP və digər firmaların texnologiyaları əsasında qurğuların tikintisi də nəzərdə tutulub. 

Həmin məsələlərlə bağlı əlaqələndirici Foster Wheller firmasının təşkilatçılığı ilə ABŞ-ın UOP firmasının nümayəndələri SОCАR-la danışıqlar aparıblar. Danışıqlar zamanı zavodun direktoru Elman İsmayılov BNEZ qarşısında qoyulmuş vəzifələrdən bəhs edib, müəssisənin əsas texnoloji qurğularının hazırkı real vəziyyəti haqda qonaqlara məlumat verib. 

Bir neçə gün davam edən işgüzar görüşdə qonaqlar qoyulan məsələlərlə bağlı təkliflərini verib, zavodun texnoloji qurğularında yenidənqurma və modernləşdirmə işlərinin mahiyyəti, həcmi, yerinə yetirilməsi vaxtı, eləcə də yeni qurğuların tikintisi haqda təqdimat keçiriblər. Danışıqlar zamanı protokol imzalanıb. Bu layihələrin 2018-2019-cu ildə həyata keçirilməsinə qərar verilib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol