Bakıda daha bir yol bağlandı

Heydər Əliyev prospektində köməkçi yol təmirə dayanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
İşlərin başa çatması fevralın 20-i saat 09:00-a kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























