• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar kredit borcu olanlara hansı güzəşti etməlidir?

Banklar kredit borcu olanlara hansı güzəşti etməlidir?
24.02.2015 12:11
Həm milli və həm də xarici valyuta ilə kredit götürən vətəndaşlar ciddi çətinliklərlə üzləşəcək. Və düşünürəm ki, banklar tərəfindən vətəndaşlara edilən güzəşt ən yaxşı halda ödəmə müddətinin uzadılması şəklində olacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Ekspertin sözlərinə görə, kredit hansı məzənnə ilə götürülübsə, o məzənnə ilə də qaytarılmalıdır, çünki qanunvericilik də bunu tələb edir.

"Yəni vətəndaş ödənişi krediti hansı valyuta ilə əldə etmişdisə o valyuta ilə də geri qaytarmağa məhkumdur. Çünki, qanunvericilik bu halın baş verməməsini kredit müqavilələrində hansısa əlavə qeydin (məsələn: kredit müqaviləsinin qüvvədə olduğu müddətdə rəsmi məzənnə dəyişiklikləri kredit ödənişinin hazırkı milli valyutada dəyər ifadəsinə tətbiq edilməyəcək) olması halında mümkün edir.

Təbii ki, kredit müqavilələrində isə bu şərtin olmasını fors-major hal kimi qiymətləndirmək olar. Çünki, vətəndaş əksər hallarda kredit alarkən sözün əsl mənasında banka minnətçi düşür. Belə olduqda isə öz hüquqlarını müdafiə edəcək şərtlərin bu müqavilələrdə əks etdirilməsini tələb etmək şansından məhrum olur. Və əminliklə qeyd etmək istərdim ki, əks halda bu vətəndaşa kredit verilmir”...

Rəşad Həsənov qeyd edir ki, əmanət hansı valyuta ilə yerləşdirilibsə, o valyuta ilə də bərabər həcmdə əmanət geri götürüləcək, amma udan tərəf yenə də dollarla əmanət yerləşdirənlər olacaq:

"Son baş verənlər fonunda vətəndaşların əksəriyyəti əmanətlərini dollara konvertasiya etmək imkanı tapıb. Lakin, maraqlı məqamlardan biri ondan ibarətdir ki, manatla verilən kredit müqavilələrində bir çox hallarda kredit müqaviləsinin qüvvədə olduğu müddətdə Mərkəzi Bankın rəsmi uçot dərəcəsi 2%-dən artıq dəyişdikdə (yəni hazırkı 3.5%-dən 5.5% artarsa) və yaxud inflyasiya səviyyəsi müqavilə imzalandığı günlə müqayisədə 5% artdıqda müqavilə şərtlərinə yenidən baxma və ödəniş məbləğlərini indeksləşdirmə səlahiyyətini birmənalı şəkildə kredit verən təşkilata verir.

Başqa sözlə, növbəti günlərdə manatla verilmiş kreditlərin gözlənilən ikirəqəmli inflyasiyaya uyğunlaşdırılması təhlükəsi mövcuddur”- deyə, iqtisadçı bildirir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol