• $
  • €
  • ₽
  • ₺
  • £

“Siqaretin bahalaşmasının səbəbi manatın ucuzlaşmasıdır”

“Siqaretin bahalaşmasının səbəbi manatın ucuzlaşmasıdır”
29.05.2020 08:32
Manatın kəskin devalvasiyasından sonra ekspertlər qiymətlərin artacağını istisna etmirdilər. Bu proses artıq başlayıb, siqaret çəkənlər və spirtli içki qəbul edənlər bu artımdan daha çox zərər görməkdədir. Çünki sözügedən məhsulların qiyməti 50 faizə qədər artırılıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Məhmədov Modern.az-a açıqlamasında bunun səbəbini izah edib: "Siqaret və spirtli içkilərin əksəriyəti xaricdən idxal olunduğundan manatın devalvasiyasının təsiri nəticəsində də qiymət artımı baş verib. Dolların bahalaşması bu məhsulların qiymətlərinə birbaşa təsir edib. Ümumiyyətlə, Azərbaycanda siqaret və spirtli içkilərin istehsalı çox azdır. Hazırda Azərbaycan anbarlarında ehtiyatlar da var. Buna görə də məsələyə baxmaq, müəyyən qədər idxalı azaltmaq olar”.

İqtisadçı-deputat, ümumiyyətlə, insanları bu məhsulların istifadəsindən çəkinməyə çağırıb: "Siqaret və spirtli içkilər əhalinin sağlamlığı üçün xeyirli bir şey olmadığından istifadə etməmələri məsləhətdir. Amma təbii ki, istifadə edənlər olacaq. Mən də maraqlanmışam. Alıcıların dediyinə görə, 1 manat 80 qəpiyə olan siqaretlər 2 manat 40 qəpiyə satılır. Tamamilə doğrudur, bu hallar var”.

Deputat ölkə başçısının verdiyi göstərişin süni qiymət artımının qarşısının alınmasında böyük rol oynayacağını vurğulayıb: "Nəzərə alaq ki, dövlət başçısı İqtisadi İnkişaf Nazirliyinə süni qiymət artımının qarşısının alınması üçün tapşırıq verib. Hesab edirəm ki, yüksək səviyyədə işlər görülsə, nəzarət mexanizmi işə salınsa qiymət artımı olmamalıdır”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol