• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Əliyev: "Bəzi “iş adamları”nın süni qiymət artımına əl atması yolverilməzdir"

Aydın Əliyev: "Bəzi “iş adamları”nın süni qiymət artımına əl atması yolverilməzdir"
29.05.2020 10:51
Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib

Fevralın 28-də Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə görüş keçirilib.
 
DGK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iş adamları ilə görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
 
A. Əliyev vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı prezident İlham Əliyevin rəhbərliyi altında özünün davamlı inkişafını təmin edib, respublika regionda və bütün dünyada əhəmiyyəti artan ölkəyə çevrilib: "Təbii ki, ölkə iqtisadiyyatının sürətli inkişafında onun təməl sütunlarından biri olan özəl sektorun da böyük rolu var”.
 
Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib. 
 
A. Əliyev qeyd edib ki, iş adamları ilə bugünkü görüşün dünyada baş verən maliyyə böhranı dövründə keçirilməsi təsadüfi deyil. O cümlədən, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda Azərbaycanda milli valyutanın devalvasiyası fonunda sahibkarlarla bu görüşün gerçəkləşməsi mühüm əhəmiyyət kəsb edir.
 
Mövcud şəraitdən yararlanmağa çalışan bəzi "iş adamları”nın süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətlərinin yolverilməz olduğunu diqqətə çatdıran Komitə sədri, məhz bu amilin də əhali arasında müəyyən çaşqınlıq yaratdığını bildirib, keçirilən görüşün də əsas məqsədinin bu kimi neqativ halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb.
 
Görüşdə çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək qiymətləndirib. S. Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsi ilə  bağlı nəzərdə tutulan müəyyən güzəştlər barədə məlumat verib.
 
Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.
 
Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb. 
 
Görüşdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev də iştirak edib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol