• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaretin qiymət dəyişikliyinin səbəbi açıqlandı

Siqaretin qiymət dəyişikliyinin səbəbi açıqlandı
28.05.2020 20:53
"İmperial Tobacco” şirkəti tütün məmulatlarında qiymət dəyişikliyinin səbəbini açıqlayıb.

Şirkətdən "APA-Economics”ə daxil olan məlumatda bildirilib ki, "İmperial Tobacco” öz fəaliyyətini təmsil olunduğu ölkənin qanunlarına və vergi tələblərinə uyğun müəyyənləşdirir: "Azərbaycan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün məmulatlarının aksiz dəyəri martın 1-dən etibarən artırılıb. Bu dəyişiklik "İmperial Tobacco” şirkətinə aid olan tütün məmulatlarının da pərakəndə satış qiymətinə təsir edib. "İmperial Tobacco” bu dəyişikliyi Azərbaycan dövlətinin müvafiq sahələrdə qiymət siyasətinin tənzimlənməsinə dair müstəsna hüququ kimi dəyərləndirir.”.
 
Şirkət onu da əlavə edib ki, son dəyişikliklərin ölkə iqtisadiyyatına yalnız müsbət təsir göstərəcəyinə əmindir.
 
Qeyd edək ki, Böyük Britaniyanın "İmperial Tobacco” şirkəti Azərbaycanın tütün bazarında 1998-ci ildən fəaliyyət göstərir. Dünyanın 160-dan çox ölkəsində təmsil olunan şirkətin əməkdaşlarının ümumi sayı 38 min nəfərdir. Şirkətin müxtəlif ölkələrdə 46 istehsal müəssisəsi var.
 
Şirkətin Azərbaycanda satılan brendləri sırasında "Davidoff”, "West”, "P&S”, "İmperial Classic”, "Prima” kimi siqaret markaları yer alıb.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol