• $
  • €
  • ₽
  • ₺
  • £

Manatla bağlı açıqlama

Manatla bağlı açıqlama
05.03.2015 12:49
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iqtisadiyyatdakı dəyişikliklərin sosial müdafiə sistemi və əmək bazarına təsirinin müəyyən olunması üçün aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrini açıqlayıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə milli valyutanın məzənnəsinin dəyişdirilməsinin sosial müdafiə və sosial təminat sisteminə, habelə əmək bazarına təsirlərinin müəyyən olunması üçün nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrinə dair mətbuat konfransı keçirib.

Bildirilib ki, manatın devalvasiyasından keçən 10 gün ərzində minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymət artımı müşahidə edilməyib

Nazir müavini Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətli inteqrasiyası səbəbindən regionda gedən bir sıra qeyri-pozitiv proseslərin, o cümlədən iqtisadi böhranın, MDB məkanında baş verən gərginliklərin, eləcə də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin labüd olduğunu qeyd edib: "Belə şəraitdə manatın məzənnəsinin sabit saxlanılmasının iqtisadi inkişafa mənfi təsiri nəzərə alınaraq onun devalvasiyası qərara alınıb. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaqla, ölkənin ixrac imkanlarını artırmağa, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini möhkəmləndirməyə yönəlib.”

O, son 11 ayda Azərbaycanın əsas ticarət partnyorları olan Avropa İttifaqı ölkələrində avronun 18,5%, həmçinin Rusiyada rublun 72%, Türkiyə lirəsinin 23%, Gürcüstanda larinin 21% ucuzlaşdığını qeyd edib, belə olan təqdirdə ölkəmizin valyuta ehtiyatlarının qorunması üçün manatın devalvasiyasının iqtisadi baxımdan tam məntiqli və məqsədəuyğun addım olduğunu vurğulayıb: "Bununla əlaqədar ƏƏSMN hazırda manatın məzənnəsinin dəyişdirilməsinin ölkənin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirlərinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir."

Onun sözlərinə görə, bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən topdansatış ticarət müəssisələrində, bazarlarda, supermarketlərdə və xırda ticarət obyektlərində Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin dəyişməsi vəziyyətini aydınlaşdırıb. Əldə olunmuş məlumatlar manatın devalvasiyasından keçən 10 gün ərzində monitorinq aparılan ticarət müəssisələrində qiymət artımının müşahidə olunmadığını göstərir.”

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol