Compact GTL və Qazaxıstan arasında memorandum imzalandı

Londonda Yenidənqurma və İnkişaf Bankının (AYİB) qərargahında keçirilən üçüncü "Xəzər dəhlizi" konfransı çərçivəsində Böyük Britaniyanın Compact GTL və Qazaxıstan Respublikası arasında anlaşma memorandumu imzalanıb.
Saziş Qazaxıstanda səmt qazının sutkada 2 mindən 3000 barelə qədər dizel yanacağına konvertasiyasını həyata keçirən GTL (Gas-to liquids) zavodunun inşasını nəzərdə tutur.
Compact GTL şirkəti qazın mayeyə çevirilməsi texnologiyası üzrə ixtisaslaşan bir şirkətdir.
Üçüncü "Xəzər dəhlizi”konfransı dünən Londonda, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qərargahında Azərbaycan Beynəlxalq Bankının (ABB), Britaniyanın "Asia House” və "TheCityUK” təşkilatlarının və Britaniya-Azərbaycan İşgüzar Şurasının (BABC) dəstəyi ilə baş tutmuşdur.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























