• $
  • €
  • ₽
  • ₺
  • £

“Financial Times”: Azərbaycan “Cənubi qaz dəhlizi”ni realizə etməyə hazırdır

“Financial Times”: Azərbaycan “Cənubi qaz dəhlizi”ni realizə etməyə hazırdır
13.03.2015 18:29
"Azərbaycanın ambisiyaları "Şahdəniz” layihələri ilə məhdudlaşmır”.

SOCAR neft hasilatının azalmasını qaz və kondensatın digər yataqlardan çıxarılması ilə kompensasiya etməyi planlayır.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times”-a verdiyi müsahibəsində SOCAR-ın marketinq və investisiya üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, bu ambisiyalı planın mərkəzində 45 milyard dollar dəyərində qiymətləndirilən və 2013-cü ilin sonunda imzalanmış "Cənubi qaz dəhlizi” layihəsi durur. Bu layihənin məqsədi Xəzər qazının 2020-ci ildən başlayaraq Avropaya nəqlidir.  

Nəsirov etiraf edib ki, bu layihə neftin ucuzlaşmasına görə daha az cəlbedici olacaq.  

"Əlbəttə ki, neftin qiymətinin enməsi bizdə də özünü göstərəcək, amma "Cənubi qaz dəhlizi” layihəsi kimi layihənin realizəsini dayandıracaq və ya təxirə sala biləcək miqyasda deyil”, - E.Nəsirov deyib.

Onun sözlərinə görə, layihəni dəstəkləmək üçün SOCAR böyük neft-kimya zavodunun yaradılması planını saxlayaraq və Bakıda tikinti xərclərini azaldaraq digər layihələri gecikdirir və ləğv edir.

BP neft şirkətinin regional direktoru Qordon Birrelin bəyanatına əsasən, "Şahdəniz-2” qaz yataqlarının işlənməsi üzrə operator olan şirkət, artıq bu layihəyə 10 milyard dollar sərmayə yatırıb.  

"Yatağın işlənməsi və Azərbaycandan İtaliyaya çəkiləcək 3.500 km-lik boru kəmərinin tikintisi üçün lazım olan 45 milyardın 10-12 milyardı SOCAR və AR hakimiyyəti tərəfindən qoyulacaq”, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bəyan edib, "FT” yazır.

Neftin qiymətinin enməsi ucbatından Bakı layihədə öz payı haqqında düşünməli olur deyən Nəsirov əlavə edib:

"Biz öz görüşlərimizi yenidən nəzərdən keçirməli oluruq, ilk növbədə xam neftə olan qiymətlərin ucuzlaşdığı üçün. Biz neft fonduna bütün vəsaiti istifadə edirik, eləcə də layihələrin maliyyələşdirilməsindən sərmayə cəlb etməyə çalışırıq”.

Bununla yanaşı Nəsirov qeyd edib ki, digər problem yeni yunan hakimiyyəti tərəfindən meydana çıxır. Belə ki, o, tranzit ölkə kimi layihədə iştirak şərtlərinə yenidən baxılmasını tələb edə bilər.

"Azərbaycanın ambisiyaları "Şahdəniz” layihələri ilə məhdudlaşmır. Bakı ümid edir ki, Avropaya boru kəmərinin tikintisi, "Abşeron”, "Ümid-Babək”, "AÇG” kimi, Avropaya qazın nəqlini ikiqat artırmaq imkanı yaradacaq, daha kiçik yataqların işlənməsinə stimulu artıracaq”, nəşr yazır.  

"Uzunmüddətli perspektivdə layihəyə həmçinin İran və Türkmənistan da qoşulur, bu isə Azərbaycanı, Avropa strategiyasının Rusiyadan yan keçərək enerji resurslarının çatdırılmasının diversifikasiyası üçün əsas hissəsinə çevirəcək”, - "FT” yazır, eləcə də qeyd edir ki, neftin ucuz qiyməti və dünyanın əsas neft hasilatı ölkələrinin sərmayəyə azalmış marağına görə, bütün bu planlar hələlik sual altındadır.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol