• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici şirkət neftçini məhkəməyə verib son maaşını istəyir

Xarici şirkət neftçini məhkəməyə verib son maaşını istəyir
15.03.2015 12:00
"BP-Azerbaijan” şirkətinin Təchizat Bazası (ASKO) Azərbaycan qanunlarına məhəl qoymur. Şirkət Əmək Məcəlləsinin tələblərini yerinə yetirməkdən imtina edir.  Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi bildirdi ki, dünən Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə şirkətin işdən çıxarılmış əməkdaşlarına qarşı iddiaya qaldırılıb.

Şirkət işdən çıxarılmış işçilərə ödənilmiş son məvacibin geri qaytarılmasını tələb edir. Amma tələbini əsaslandırmır. Şirkət əməkdaşları da qarşılıqlı iddia verməklə işə bərpa, buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi ilə yanaşı şirkət rəhbərliyindən təzminat istəyirlər.

M.Qəhrəmanlı dedi ki, işçilərin işdən çıxarılması ilə bağlı əmri menecer, yəni səlahiyyəti olmayan şəxs imzalayıb. Həmin şəxs əmr imzalayandan 15 gün sonra direktor təyin edilib. Buna görə də işçilərin işdən çıxarılmasının qanunla əsası yoxdur: "ASKO BP-nin podratçısıdır.  Şirkət həmin işçilərin işdən çıxarılma səbəbləri kimi iqtisadi böhran göstərilib. Amma əksinə, əmək haqları artırılıb, hətta şirkətə əlavə işçi götürülüb”.

M.Qəhrəmanlı onu da qeyd etdi ki, Qərb şirkətləri demokratiyanın fundamental prinsiplərini əsas götürərək hər hansı bir vəziyyətə obyektiv yanaşmağı təbliğ edirlər. Amma məsələ özlərinə gəldikdə onlar prinsip və qaydaları unudurlar.

Qeyd edək ki, ASKO Britaniya şirkətidir. Onu da xatırladaq ki, BP-nin Azərbaycan ofisi ASKO-da ixtisarlar aparıldığını təsdiqləmişdi.
 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol