• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qatarlarında dəyişiklik olacaq

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qatarlarında dəyişiklik olacaq
29.05.2020 06:22
Bu il istifadəyə verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarlarının Avropada hərəkət etməsi üçün yeni qurğudan istifadə ediləcək. Həmin qurğu sayəsində Gürcüstan-Türkiyə sərhəd-keçid məntəqəsinə yaxınlaşarkən vaqonların təkər cütləri avtomatik olaraq yığılacaq və Avropa standartlarına keçiriləcək.
 
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədov bildirib.

N.Əzməmmədov deyib ki, həmin vaqonların təkər cütləri Avropadan Azərbaycana gələrkən isə ölkə standartlarına keçəcək.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda relslərarası məsafə 1 520 mm, Avropada isə 1 435 mm, yəni daha kiçik olduğundan yük vaqonlarının isə təkər cütlərinin dəyişdirilməsi deyil, vaqonların dəyişdirilməsi həyata keçiriləcək.

"Dünya təcrübəsinə əsasən, yeni dəmir yolu xətti istifadəyə verilərkən ilk növbədə yük qatarları yola salınır. Bu, bir növ sığorta hesab edilir. Daha sonra isə sərnişin qatarlarının hərəkəti təşkil edilir. Proses bizdə də eyni cür reallaşdırılacaq. Yük qatarları tikilməkdə olan Axalkalakidəki (Gürcüstan) terminalda dəyişdiriləcək və Avropa standartlı vaqonlar quraşdırılacaq", - deyə N.Əzməmmədov bildirib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən 30 ədəd sərnişin vaqonlarının alınması nəzərdə tutulub.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol