• $
  • €
  • ₽
  • ₺
  • £

BVF: Dolların bahalaşması maliyyə bazarlarında təşviş yarada bilər

BVF: Dolların bahalaşması maliyyə bazarlarında təşviş yarada bilər
17.04.2015 19:00
Beynəlxalq Valyuta Fondunun (BVF) iqtisadçıları ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlamasının istiqraz bazarına mənfi təsir göstərərək nəticədə təşvişə gətirib çixara biləcəyini düşünürlər. BVF-nin məsləhətçisi Xose Vinals FES-in 0% siyasətindən imtina etməsinin dünyada maliyyə şərtlərinin çətinləşməsi səbəbindən geniş miqyasda təşviş yarana biləcəyini vurğulayır.

"Report"un məlumatına görə, bir çox investor ABŞ-da hələ 2008-ci ilin dekabrın 16-da 0,25%-ə endirilən uçot dərəcəsinin daha sakit tempdə artırılacağını düşünsə də, FES bunu artıq yaxın 3 iclasda həyata keçirməyi planlaşdırır. Qeyd edək ki, FES-in iclasları ildə 8 dəfə keçirilir. Növbəti iclas aprelin 28-29-da və iyunun 16-17-də keçiriləcək. İqtisadçılar əsasən iyun iclasında uçot dərəcəsinin artırılacağını ehtimal edirlər.

BVF-nin yeni hesabatına əsasən, uçot dərəcəsinin artırılmasına başlanılarsa, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə illik gəlirliyin hazırkı 1,9%-dən 2,9%-ə yüksələcəyi gözlənilir. Bu isə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında dalğalanmalar yaradacaq. Bununla yanaşı, faizlərin artırılması 2007-2014-cü illərdə həddindən çox korporativ istiqraz emissiya edən şirkət və təşkilatlara ağır zərbə vura bilər. Eyni zamanda, ABŞ-ın dövlət istiqrazlarına potensial və mövcud investorların (o cümlədən, xarici dövlətlərin mərkəzi banklarının) marağı artacaq. Nəticədə, maliyyə vəsaitləri digər investisiya vasitələrindən çıxarılaraq ABŞ-a yönəldiləcək. Xammal qiymətlərinin düşməsi və ABŞ-a maliyyə axınının sürətlənməsi dünya üzrə likvidliyi (xüsusilə dollar likvidliyini) azaldacaq, borclanma bahalaçacaq. Bu prosesin ən az 5-7 il davam etməsi gözlənilir. Bu müddət ərzində dünya deflyasiya riski ilə qarşılaşacaq. Bir çox ölkə deflyasiyanı milli valyutasını devalvasiya etməklə aradan qaldıracaq. Reallıqda isə dünya iqtisadiyyatı geriləyəcək.

"Report"un analitik qrupu hesab edir ki, FES uçot dərəcəsinin artırılması prosesini 5-7 ilə bitirəcək. Bu müddət ərzində avro/dollar məzənnəsi 0,85-1,20 USD/EUR, neftin qiymətinin 40-80 dollar/barel, qızılın qiyməti isə 800-1 200 dollar/unsiya aralığında dəyişəcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol