Həsən Əliyev küçəsi bağlanır

Bu gün saat 22:00-dan etibarən küçənin nişanlanma işləri başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospekti ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Azəryolservis”dən "Report"a verilən məlumata görə, məhdudlaşdırılma bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədardır.
Buna görə, qurum tərəfindən sürücülərə göstərilən müddət ərzində alternativ yollardan istifadə etməsi tövsiyə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























