• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya şirkəti süni göz yaradır

İtaliya şirkəti süni göz yaradır
24.04.2015 22:43

Təsəvvür edin ki, gözümüz bizi əhatə edən dünyanı yalnız rəngli deyil, həm də ağ-qara şəkildə göstərir və bu, birbaşa bizim elektron cihazlara ötürülür. Və ya təsəvvür edin ki, o qədər iti görmə qabiliyyətinə maliksiniz ki, çox uzaq məsafədə belə ən xırda detalları asanlıqla ayırd edə bilirsiniz.

İtaliyanın "Mhox” tədqiqat şirkəti ümid edir ki, onun "EYE” onun layihəsi çərçivəsində yaradılacaq yeni süni gözlər sayəsində gələcəkdə bizim belə qabiliyyətlərə malik olmağımız mümkün olacaq. Süni gözlərin istehsalı xüsusi "3D” bioprinterlərində həyata keçiriləcək.

"ICTnews" elektron xəbər xidməti "hi-news.ru” saytına istinadən bildirir ki, sözügedən layihənin elmi fantastika kimi səslənməsinə baxmayaraq, onun 2027-ci ilin yanvarına kimi reallaşdırılması planlaşdırılıb. "Mhox” tədqiqat şirkəti artıq konsepsiyanı yaradıb.

"EYE” ("Enhance Your Eye”) layihəsi üç əsas aspektdən ibarətdir: "EYE Heal”, "EYE Enhance” və "EYE Advance”. İlk iki aspekt insan gözünün yeni funksiyalarla (müxtəlif vizual filtrlər, vizual təsvirin ötürülməsi imkanı, həmçinin görmə itiliyinin dəfələrlə artımı) təchizini, sonuncu aspekt isə qüsurlu göz almasının yeni süni göz protezi ilə tam əvəzlənməsini nəzərdə tutur. Bu halda hər bir aspekt insana yeni gələcək torlu qişanın forma və rəngində geniş seçim təklif edəcək.

"Mhox” şirkətinin nümayəndəsinin fikrincə, müxtəlif tipli "mürəkkəbə" malik xüsusi "3D” bioprinterlərin sayəsində yeni süni gözlərin istehsalı mümkün olacaq. Qeyd edək ki, bu layihə hələ ki yalnız konseptual şəkildə mövcuddur.

"Mhox” şirkətinin əsas dizayneri Filippo Nasetti bildirib ki, yeni süni gözün insana implantasiyası göz almalarının cərrahi müdaxilə nəticəsində çıxarılması və xüsusi süni əlaqələndirici implantatın  quraşdırılması ilə başlanacaq, sonuncu beyindəki optik sinirlə yeni süni gözün əzələ liflərini birləşdirəcək. Süni orqanın daha müasiri ilə tez və asan əvəzlənməsi bu implantatın əsas özəlliyi olacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol