• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlu: "Neft gəlirlərinin 5 faizi də kifayət idi ki"

Qubad İbadoğlu: "Neft gəlirlərinin 5 faizi də kifayət idi ki"
25.04.2015 11:08
İqtisadçı alim Qubad İbadoğlu ölkəyə daxil olan neft milyardlarının bir hissəsinin səhiyyə sferasına yönəldilməsinin vacib olduğuna dair status-şərh yazıb. Musavat.com iqtisadçının statusunu təqdim edir:

"Azərbaycanın qazandığı neft gəlirləri bu ilə qədər 115 milyard dollar olub ki, onun da 78 milyardı artıq xərclənib və 37 milyardı isə saxlanılır. Neft gəlirlərimizin 67,8 faizinin xərclənməsinə baxmayaraq, hələ də Azərbaycanda nə gənc və nə də ahıl yaşlı ölkə vətəndaşları heç olmazsa ildə bir dəfə də olsun dövlət hesabına pulsuz tam tibbi müayinədən keçmir. Gənc oğlanlar yalnız hərbi xidmətə gedəndə formal olaraq tibbi yoxlanışa cəlb olunur. Qız övladlarımızın böyük əksəriyyəti isə hamilə olanadək tibbi müayinəyə müraciət etmir. Hətta onların bir çoxu hamiləlik dövründə də imkansızlıq ucbatından müntəzəm tibbi yoxlamalardan yayınır. Ahıl ata-analarımız, əlil vətəndaşlarımız da daimi və tam tibbi nəzarət üzünə həsrətdırlər. Xərclənən 78 milyard dollarlıq neft gəlirlərinin 5 faizi də kifayət edirdi ki, Azərbaycan vətəndaşının saglamlığının mühafizəsi üçün dövlət təminatlı tibbi sığorta sistemi qurulsun və heç olmazsa uşaqlar müntəzəm olaraq müayinədən keçsin. Amma, 2 su kanalının tikintisinə 2 milyard manata (Oğuz-Qəbələ su kəmərinin çəkilməsi – 779,6 mln. manat, Samur-Abşeron kanalının rekonstruksiya edilməsi – 1 149,6 mln. manat) qədər vəsait xərcləyən hökümət ölkənin iqtisadi baxımdan "qızıl dövrü"ndə də bunu etmədi. Yenə də də gec deyil. İnsana dəyər verən, onun saglamlığını qorumaq istəyən hakimiyyət vətəndaşına da sərmayə qoymalıdır.
Bir azdan gec olacaq, hətta istək yaransa da bu islahat üçün maliyyə mənbəyi tapılmayacaq. Artıq yığdığımız 37 milyard dollar da azalmağa başlayıb və ildən-ilə artan xərclər, məhdudlaşan gəlirlər onu da tezliklə "yeyəcək". Odur ki, dövlət tibbi sığorta sistemi qurulmalı və ölkə vətəndaşlarının saglamlığına birbaşa kapital qoyulmalıdır"

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol