• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Şərifovdan pozitiv açıqlama

Samir Şərifovdan pozitiv açıqlama
29.05.2020 04:09
Yüksək templə inkişaf edən Asiya regionun iqtisadiyyatında son 20 ildə illik 6%-lik artım müşahidə olunub. ANS PRESS-in "APA-Economics”ə istinadən verdiyi məlumata görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində "İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda keçirilən seminarda Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

S. Şərifov bildirib ki, Asiya ölkələrində iqtisadi inkişafa nail olmaq üçün müxtəlif modellərdən istifadə olunur: "Məsələn, bəzi ölkələrdə ucuz işçi qüvvəsindən istifadə olunur. Azərbaycanda isə zəngin təbii resurslar istifadə olunur ki, bu da iqtisadiyyatı irəli aparır. Lakin daxili və xarici mühit çox dəyişkəndir. Asiya öz artım modellərinə yenidən baxmalıdır. Azərbaycan da bu məsələdə istisna deyil. Son 10 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb. Bu cür artıma təbii resurslar hesabına nail olunub. Azərbaycan iqtisadiyyatı son 10 ildə orta hesabla illik 10% artıb. Bununla yanaşı, xarici təsirlərə də məruz qalıb. Hazırda təbii ehtiyatların qiymətinin dəyişməsi və tükənməsi kimi amillər mövcuddur”.

Nazir qeyd edib ki, bu cür amillər nəzərə alınaraq, Azərbaycan gələcək inkişafını təmin etmək üçün başqa artım modellərindən istifadə edir. "Biz "Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasını qəbul etmişik. Bu modeldə əsas prioritet kimi iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun diversifikasiyasını nəzərdə tutulur. Biz bu istiqamətdə kifayət qədər uğurlu iş aparırıq. Bunun nəticəsidir ki, son 3 ildə qeyri-neft sektorundan artım neft sektorundakından yüksək olub. ÜDM məhz qeyri-neft sektorun və sərmayə hesabına artıb. Azərbaycan bu məsələ ilə bağlı haqlı çıxış yolu tapmağa çalışır. Azərbaycan xarici ölkələrin təcrübəsini öyrənərək bu düzəlişləri icra etməyə çalışır”, - deyə S. Şərifov qeyd edib.

Nazir əlavə edib ki, Azərbaycan həm siyasi, həm də makroiqtisadi sabitliyi qoruyub saxlamalıdır.

"Eyni zamanda, biz biznes sahəsinin davamlı inkişafını təmin etməliyik. O cümlədən, təhsilə sərmayə yönəldilməsinə çalışmalıyıq. İqtisadiyyatımızın diversifikasiyasında kənd təsərrüfatı, İKT, turizm və xidmət sahələri prioritet sahələrdəndir. Asiya iqtisadiyyatı ilə rəqabət aparmaq bəzən bizi çətin vəziyyətdə qoyur. Çünki bu ölkələrdə ucuz işçi qüvvəsi mövcuddur. Buna görə də biz resurslardan düzgün istifadə etməliyik”, - deyə S. Şərifov vurğulayıb.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol