• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp” messencerinin əsas ÜSTÜNLÜKLƏRİ

“WhatsApp” messencerinin əsas ÜSTÜNLÜKLƏRİ
29.05.2020 11:12

Vaxt keçdikcə daha çox mobil qurğu istifadəçisi "SMS” mesajlara alternativ kimi "Facebook” şirkətinə məxsus "WhatsApp” messencerindən istifadə edir.

Əgər planetin istənilən nöqtəsində smartfon sahiblərinin arasında ən populyar mobil messencerlə bağlı sosial sorğu keçirsək, "WhatsApp” messenceri qalib olacaq.
 
2009-cu ildə "Yahoo!” şirkətinin keçmiş əməkdaşları Brayan Akton və Yan Koum tərəfindən yaradılmış messencer Mark Sukerberqin diqqətini cəlb edib və 2014-cü ilin yanvarında 22 milyard dollara "Facebook” tərəfindən satın alınıb.
 
 
İndi "WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 800 milyon insan təşkil edir. "WhatsApp”ın əsas üstünlüyü (onlayn çat funksiyasından başqa) kontakt siyahısındakı başqa istifadəçilərə səsli mesaj, foto və videonun  ani göndərmə imkanına malik olmasıdır.
 
Xidmətdə qeydiyyatdan keçərkən abunəçinin identifikasiyası üçün onun telefon nömrəsi istifadə edilir. Amma sadə qeydiyyat və identifikasiya nömrəsi mobil modulla təchiz edilməmiş planşetlərdə xidmətdən istifadəni mümkünsüz edir.
 
 
Tərtibatçılar "push” bildiriş funksiyasını reallaşdırıblar, nəticədə mobil proqram həmişə fon rejimində işləyir, yalnız mesaj və ya multimedia məzmununun qəbulu zamanı öz mövcudluğu haqda xəbər verir. Yeri gəlmişkən, foto və ya videonun göndərilməsi zamanı faylın maksimal ölçüsü 16 MB təşkil edə bilər.
 
"WhatsApp”, həmçinin bir neçə istifadəçidən ibarət çat qrupları yaratmağa, abunəçiyə zəng etməyə, olduğu yer haqda məlumatlar paylaşmağa, profil fotosunu dəyişdirməyə, çatın tarixçəsini elektron poçtla göndərməyə və bir çox başqa əməliyyatların icrasına imkan verir.
Mobil proqramın mənfi cəhəti kimi istifadəçilərin təhlükəsizliyinin aşağı dərəcədə olmasını qeyd etmək lazımdır.
 
Nəticədə "WhatsApp” messenceri müntəzəm spam xarakterli göndərmələr üçün istifadə olunur. Bütövlükdə mobil proqram çox xoş təəssürat yaradır və ən populyar mobil messencer adına layiqdir.
 
 
"WhatsApp” mobil messencerini bütün məşhur müasir mobil platformalar üçün ödənişsiz yükləmək olar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol