• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell növbəti dəfə “İnsana Sərmayə” üzrə regionun lideridir

Azercell növbəti dəfə “İnsana Sərmayə” üzrə regionun lideridir
08.05.2015 14:30
Azərbaycan Telekommunikasiya Bazarının lideri Azercell Telekom daha bir uğura imza atıb. 

Şirkət növbəti dəfə "Investors in People” (IIP) / İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Gümüş Sertifikatına layiq görülüb. MDB ölkələri və ən önəmlisi beynəlxalq telekommunikasiya təşkilatları arasında Azercell Telekom Gümüş sertifikatını qazanan ilk şirkətdir. Bundan əlavə, hal hazırda Gümüş sertifikatı İngiltərə şirkətləri xaric olmaqla dünyada yalnız 19 beynəlxalq şirkətdə mövcuddur. Məlumat üçün qeyd edək ki, Azercell ilk dəfə Beynəlxalq Standart Sertifikatına 2006-cı ildə layiq görülüb.

İnsana Sərmayə Standartının nümayəndələri nominasiyaları bütün dünyada "International Quality Center” (İQC) (Beynəlxalq keyfiyyət Mərkəzi) tərəfindən qeydə alınan IIP məsləhətçilərinin tədqiqatları əsasında tədqim edir. Təşkilatın standartın tələblərinə uyğun olub-olmamadığını IQC-nin komissiyası müəyyənləşdirir.

Azercell Telekomda Resertifikatsiya prosesi zamanı bir çox işlər həyata keçirilib. IIP məsləhətçisi şirkət əməkdaşları ilə təkbətək müsahibələr keçirib. Müsahibələr həm üzbəüz görüşlər, həm e-mail şəklində, həmçinin də bölgələrdə çalışan işçilər ilə telefon vasitəsilə həyata keçirilib. Bu dəfə IIP standartının 126 meyarından 94-ü uğurla dəyərləndirilib. Keçirilən müsahibələrdə 61 Azercell işçisi iştirak etmişdir.

Bu beynəlxalq Standart işçilərin şirkət strategiyasının təyin edilməsi və qarşısına qoyduğu hədəflərə nail olması, qabaqcıl İnsan Qaynaqları prosesləri və onların şirkət strategiyasına bağlılığı, işçilərin rolu ve onların qərar vermə və s. kimi proseslərə cəlb edilməsi, şirkətin intellektual mülkiyyətinin inkişafı və inkişaf strategiyasının şirkət strategiyasına uyğunluğu, liderlik inkişafı platformasının qurulması, sosial məsuliyyət, əməkdaşların fəaliyyətinin ölçülməsi kimi göstəriciləri dəyərləndirir. IIP Standartı ilə işləyən şirkətlər hər 3 ildən bir sertifikasiya mərhələsindən keçir.

IIP Standartının resertifikasiya mərhələsini uğurla keçərək Azercell şirkəti digər sahələrdə olduğu kimi, İnsan Qaynaqları sahəsində də uğurlu fəaliyyət modelini nümayiş etdirdiyini bird daha təsdiqlədi.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol